Azərbaycan Dünya Bankından verilən kreditdən imtina edəcək - Samir Şərifov

Azərbaycan Dünya Bankından verilən kreditdən imtina edəcək -

Azərbaycan Dünya Bankından üçüncü “Azərbaycan kənd investisiyaları” (AZRIP-3) layihəsinin reallaşdırılması üçün verilən kreditdən imtina etmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, kənd investisiyaları üzrə layihə vacibdir və bu layihə davam etdiriləcək:

“Sadəcə biz Dünya Bankının kreditlərindən imtina etmək və layihəni daxili vəsaitlər hesabına reallaşdırmaq niyyətindəyik. Bu, onunla əlaqədardır ki, hökumət balanslaşdırılmış kredit siyasəti həyata keçirmək niyyətindədir. AZRIP-3 əsasən tikinti və abadlaşdırma işlərini əhatə edir və xaricdən hər hansı avadanlıq və ya materialın gətirilməsi nəzərdə tutulmur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
758 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...