Azərbaycanda doğulmuş 11 nəfər Ukraynada deputatlığa iddialıdır - Namizəd oldular

Azərbaycanda doğulmuş 11 nəfər Ukraynada deputatlığa iddialıdır -

21 iyulda Ukrayna Ali Radasına (parlament) keçiriləcək seçkilərdə Azərbaycanda dünyaya göz açmış 11 nəfər iştirak edəcək.

Oxu.Az xəbər verir ki, həmin namizədlər Dneprepetrovsk, Xarkov, Nikolayev, Odessa və Poltava vilayətlərində qeydiyyatdan keçiblər.

Onların əksəriyyəti müstəqil namizədlərdir: Krasnov Zahid Gennadiyeviç, Rzayev Rəmzi Əbdüləhəd oğlu, İsgəndərov İsgəndər Rəsul oğlu, Nesterenko Vadim Nikolayeviç, Quliyev Fərhad David oğlu, Zattsepina Aida Mixayıl qızı, Nuriyev Ağamirzə Mirzağa oğlu, Adbullayev Hicran Yaqub oğlu.

Namizədlər arasında müxtəlif partiyaların nümayəndələri də var: Biltsan Yuliya Leonidovna (“Patriot” partiyası), İsayev Hilal Mirhəsən oğlu (“Batkivşina” Ümumukrayna Birliyi partiyası), İvanov Andrey Pavloviç “Özünəyardım Birliyi” siyasi partiyası).

Onlar arasında Bakıda doğulmuş dörd erməni də var.

Xatırladaq ki, IX çağırışı Ukrayna Ali Radasına növbədənkənar seçkilər prezident Vladimir Zelenskinin göstərişi ilə 2019-cu il 21 iyula təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
582 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...