Prezidentə müraciət: OQTAY RZA XALQIN ŞAİRİDİR! - MƏTN

Prezidentə müraciət: OQTAY RZA XALQIN ŞAİRİDİR! -

Redaksiyamıza müraciət edən bir qrup Salyan rayon sakini Prezident İlham Əliyevə xahişlərinin ictimailəşdirilməsini istəyirlər. DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Prezident! Biz Salyan rayon sakinləri əslində bütün Azərbaycan xalqı adından fikirlərimizi çatdırırıq. Bu gün Sizin rəhbərliyiniz altında Azərbaycanın hər bir vətəndaşına, hər bir fərdə xüsusi diqqət və qayğı açıq-aşkar hiss olunandır və bunu kimsə dana bilməz.

Sizin həm sənət adamlarına, həm xalqımzın digər dəyərli övladlarınıza qayğınızı da danmaq olmaz.

Amma biz Salyan sakinləri, tam güvənliklə bütün Azərbaycan xalqı adından Sizdən bir xahişdə bulunuruq: Bütün yaradıcılığı ilə Azərbaycan xalqına və Azərbaycan dövlətinə bağlı olan, yaratdığı əsəsrləri ilə Azərbaycan türkünün MİLLİ RUHUNU ifadə edən dəyərli həmyerlimiz şair Oqtay Rzaya XALQ ŞAİRİ adının verilməsini xahiş edirik.

Oqtay Rzanı kimsəyə tanıtmağa ehtiyac yoxdur və o, artıq XALQIN ŞAİRİ ünvanını çoxdan qazanıb.

Ümid edirik ki, hörmətli prezidentimiz bizim bu çağırışımıza müsbət reaksiya verəcək və artıq 85 yaşında olan Oqtay Rza ilə yanaşı bütün Azərbaycan xalqını sevindirəcək".

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
101 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...