67 yaşlı səfir qocaman məmurlar əleyhinə fikirlərə belə CAVAB VERDİ

67 yaşlı səfir qocaman məmurlar əleyhinə fikirlərə belə

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev sosial şəbəkələrdə yaşlı vəzifə sahibləri əleyhinə yazılanlara özünəməxsus tərzdə münasibət bildirib.

Modern.az-ın məlumatına görə, 67 yaşlı səfir bildirib:

“Bir az da klassikanı oxuyun:

"Nə qədər olsa qoca gərçi Vidadi xəstə,
Yenə Vaqif kimi əlbəttə, yüz oğlana dəyər".

Tarixi qaynaqlara inansaq, təxminən 85-90 yaşlı Molla Vəli Vidadi 75-80 yaşlı "gənc dostu" Molla Pənah Vaqifdən daha güclü və enerjili olduğunu iddia edərək, məşhur deyişmədə belə demişdi!”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
554 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...