"Şirvan Şəhər Məhkəmə sədri Elçin Qurbanov sözünü tutmadı..." - Ədalətsiz Qərar çıxartdı

"Şirvan Şəhər Məhkəmə sədri Elçin Qurbanov sözünü tutmadı..." -

"24 oktyabr, 2019- cu il tarixində Şirvan şəhər Məhkəmə sədri Elçin Qurbanov çox ədalətsiz bir Qərar çıxartdı.
Belə ki, Vərəsəlik hüququndan irəli gələrək ata mülkündən miras payını əldə etmək iddiası ilə Məhkəməyə müraciət etmiş 7 övladdan biri olan Qafarova Cəmilə Ağaşirin qızı Şirvan şəhəri Əzizbəyov küçəsi 38 saylı sahədə 45 nömrəli , 3 otaqlı ata mülkündən qanuni miras payını ala bilmir. Buna səbəb isə məhz məhkəmə süründürməçiliyidir". Bu barədə DİA.AZ-a daxil olan məqalədə deyilir.

"Məqalədə daha sonra bildirilir: "Qeyd edək ki, sözügedən evə dair hüquqmüəyyənedici sənəd 1961ci ildə tərtib olunmuş Texpasport sənədi və 1983 cü il müüvafiq Protokol sənədi də mövcuddur.

Burada təəccüb doğuran hal bundan ibarətdir ki, Cavabdeh tərəf Qafarov ƏliQismət Ağaşirin oğlu iddiaçı vərəsə olan Qafarova Cəmilə Ağaşirin qızının qardaşı olaraq , bacısına miras payı verməkdə Məhkəmə işini aparan sədr Elçin Qurbanova ilk öncə bölünmənin aparılaraq ona verilməsini məcburiyyət qarşısında qalıb bucür bildirdi.

Deməli, Qərar çıxmazdan 10 gün əvvəl keçirilən məhkəmə prosesində hakim Elçin Qurbanov Cavabdehə bucür sual ünvanladı:

-Yoldaş Qafarov, bu Cəmilə Qafarova sizin bacınız olduğunu təsdiqləyirsinizmi?

-Bəli, deyə Qafarov Qismət bunu təsdiqlədi.

Daha sonra Sədr Hakim olaraq Cavabdehə bucür sadə misalla xatırlatma verdi:

-Qafarov , bu bir topdur, bu 7 yerə bölünməlidir, ailədə valideynlər vəfat etdikdən sonra 7 uşaq qalmısınız və buna görə də qanun deyir ki, miras 7 yerə bölünməlidir!

Cavabdeh Qafarov ƏliQismət isə hakimin bu fikrinə belə cavab verdi:

-Bölünür, necə bölünməlidir, qanuni bölünsün də!

Daha sonra Hakim bu ev barədə hansı hüquqverici sənəd olduğunu soruşdu.

Qafarov Əliqismət İşi aparan hakim Elçin Qurbanova bir sarı rəngli A-4 formatlı köhnəlmiş kağız sənəd təqdim etdi. Hakim bu sənədə baxlb məhkəmə zalında elan edərək bildirdi ki, bəli, bu sənədin adı məhz həmin evə dair olan Qeydiyyat Vəsiqəsi adlı möhürlü sənəddir ki, onun üzərində də sözügedən ata mülkünün ölçüləri yazılan göstəricilərin də olduğunu vurğuladı.

Dərhal, mən də iddiaçı Qafarova Cəmilə Ağaşirin qızının notarial etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olaraq hakimə bu fikri bildirdim:

-Möhtərəm hakim, demək bu evə dair lazımi sənəd də var da, daha miras payı bölgüsündə heçbir problem olmamalıdır da?

Ən əsası da bu Qeydiytat sənədinin özü 2006-cı ilə dək olan hüquqverici sənədlər içində mülkiyyət üzərində hüquqi əsas yaradır. Yəni bu sənəd 2006-cı ilədək bütün yaşayış evlərinə Daşınmaz əmlak Reyestr Xidməti yaradılanadək verildiyindən bu sənəd öz hüquqiliyini saxlayır.

Hansı ki, bu fikri məhz Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi Şirvan idarəsinin ümumi şöbəsindən İmamverdi adlı səlahiyyətli şəxs də bildirmişdi mənə ki, bəli siz məhz o sənədlə miras payını əldə edə bilərsiniz.

Lakin çox təəssüf olsun ki, 24 Oktyabr 2019-cu ildə məhkəmə sədri ,hakim Elçin Qurbanov nəinki, bu Mülkiyyət üzərində hüquq yaradan Qeydiyyat vəsiqəsi adlı sənədə əməl etmədi, hətta bundan öncəki keçirilən məhkəmə prosesindəki özünün də loru misal çəkdiyi top və 7 pay məsələsinə belə əməl etməyərək çox ədalətsiz bir qərar çıxartdı. Hətta bu dəfə , yəni qərar çıxarmazdan öncə, iddiaçının ailə üzvlərinə çox traqikomik səslənən suallar verdi. Hakimin məhkəmədə iştirak edən iddiaçının qardaş və digər bacısına sualı belə oldu:
- bacınız iddiaçı Cəmilə , bu boş qalan ata evi üçün gəlib haçansa divarını silib şpatlyovka vurubmu vəyaxud da həyətdə ağac dibi belləyibmi?

Görün nəqədər gülünc səslənir ki, o hansı qanunvericililikdə qeyd edilib ki, vərəsəlik hüququ və miras payı almaq hüququna bu sadalanan ev xidməti növləri məhdudiyyət qoysun?

Sual olunur, Elçin Qurbanov , niyə bu sualları bundan 10gün öncəki keçirilən prosesdə cavabdehə ünvanlamırdınız? Əksinə, İddiaçının xeyrinə olan formada cavabdehə loru misal çəkib topun 7 bərabər hissəyə bölünməsinin qanuniliyini elan edirdin, bəs nə oldu və nə baş verdi ki, Qərar çıxangün belə gülməli suallar verdiniz?

Qarşı, yəni iddiaçı tərəf olaraq biz indi yuxarı instansiya məhkəməsi olan Apellyasiya məhkəməsinə müraciət edəcəyik.

İnanırıq ki, Vərəsəlik hüququndan irəli gələrək hərkəsin miras payı əldə ermək hüququnun olması əsas götürülərək İddiaçı Qafarova Cəmilə Ağaşirin qızına atasından qalan mülkündən 7 paydan biri olan miras payı Şirvan Apellyasiya məhkəməsində ədalətli şəkildə həll edilərək vərəsəyə veriləcəkdir".

Dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
623 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...