Azərbaycanda qıtlıq təhlükəsi: Hansı kənd təsərrüfatı məhsulları bahalaşacaq?

Azərbaycanda qıtlıq təhlükəsi:

Azərbaycanın qərb rayonlarında quraqlıq hökm sürür. Kənd təsərrüfatı, xüsusilə də taxılçılıqla məşğul olan fermerlər narahatdırlar. Yağıntısız hava şəraiti davam edərsə, bölgədə məhsuldarlığın düşəcəyi proqnozlaşdırılır.

Azərbaycanda quraqlıq qiymət artımına səbəb ola bilərmi?

Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli “Yeni Sabah”a açıqlamasında su qıtlığının həll yollarına diqqət çəkib:

“Bu məsələ qlobal problemdir. Təxminən 3-4 gün öncə biz Almaniyada məhz iqlim dəyişmələri ilə bağlı bir konfransda iştirak etdik. Baxmayaraq ki, Avropa ölkələrində yağıntı kifayət qədərdir, onlar bu məsələdə daha narahatdır. Eyni mövqe Türkiyədə də mövcuddur, onlarda da quraqlıq hökm sürür. Son 10 ildir ki, ümumi qlobal istiləşmə ildə 2% artır və düşən yağıntıların miqdarı, atmosfer çöküntülərinin həcmi kəskin şəkildə azalır. Mən deyərdim ki, təkcə Azərbaycanın qərb bölgəsi deyil, bütün dünya bundan narahatdır, amma bizim vəziyyətimiz daha spesifikdir. Bizdə bilirsiniz ki, normada yağıntı daha çox cənub bölgəsində olur, amma cənub bölgəsinin əkinçilik mədəniyyəti yoxdur. Əkinçilik əsasən Aranın 18 rayonundadır. Quraqlıq bu il baş vermiş hadisə deyil, ildən-ilə artdığını müşahidə edirik. Biz buna qarşı preventiv tədbirlər görməliyik. Yəni mövcud su resusrları düzgün idarə olumalıdır, suya qənaət edən texnologiyalara keçməliyik. Eyni zamanda selləmə-suvarma metodundan imtina etməliyik. Hazırda 960 min hektardan çox sırf əkinçilik dövriyyəsində olan torpağımız var. Demək olar ki, torpaqların əksəriyyətini bu köhnə metod ilə suvarırlar. Bunun 2 problemi var. Birincisi, su normalarına əməl olunmur, taxıl əkiminə həddən artıq su sərf edirik. Bu da torpağın şoranlaşmasına və strukturunda keyfiyyətin pisləşməsinə gətirib çıxarır. Bu məsələ təkcə əkinçiliyə deyil, heyvandarlığa da təsir edir. Bu səbəbdən heyvandarlığı qapalı və yarımqapalı rejimə keçirirlər. Çünki yağıntı nə qədər az düşürsə, o qədər də çöldə yem ehiyyatı azalır və qıt olan örüş sahələrində heyvanları saxlamaq mümkün deyil. Hər halda biz sifarişlə yağış yağdıra bilmərik. Bu baxımdan öz əlimizdə olan ehtiyyatdan düzgün şəkildə istifadə etməliyik. Biz əkin torpaqlarını suvarmaq üçün Kür-Araz torpaqlarından istifadə edirik. Birbaşa qidalandırıcı mənbəyimiz yoxdur. Bu iki çayın başlanğıcı başqa ölkələrdən gəldiyi üçün artıq bu çaylarda tullantılar da artıb".

Ekspert bildirib ki, su qıtlığı idxaldan asılılığımızı artıra bilər:

"Son illər taxılın qiymətində dəyişiklik müşahidə etmirik. Amma taxıl yalnız ərzaq üçün əkilmir, yem üçün də əkiləni də var - soya noxud və s. Bunların məhsullarında bir təsir müşahidə edilə bilər. Çünki su yoxdursa, burda əkinçiliyin heç bir sahəsini müşahidə edə bilmərik. Bu ilki göstərici budur ki, 3 milyon tona nail olmuşuq, bu göstərici də keçən ilkindən aşağı deyil. Biz bu göstəricilərin aşağı düşməsinə imkan verməməliyik yoxsa idxaldan asılılığımız artacaq”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
59 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...