Məmmədyarovun erməni həmkarı ilə görüşü başladı

Məmmədyarovun erməni həmkarı ilə görüşü başladı

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilir.

Axar.az xəbər verir ki, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) iştirak edir.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edir.

Görüş Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilir.

***

Bratislava şəhərində ATƏT-in nazirlər görüşü çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş keçirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
568 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...