Mərkəzi Seçki Komissiyasının tərkibi DƏYİŞDİRİLƏCƏK

Mərkəzi Seçki Komissiyasının tərkibi
Növbədənkənar parlament seçkiləri başa çatdıqdan və yeni Milli Məclis formalaşdırıldıqdan sonra, parlamentin ilk sessiyadan etibarən Mərkəi Seçki Komissiyasının üzvlərinin səlahiyyət müddəti başa çatmış hesab edilir.

Modern.az xəbər verir ki, bunu Demokratik Təşəbbüslər İnstututunun (İDİ) rəhbəri, seçki məsələləri üzrə ekspet Akif Qurbanov bildirib.

O, qeyd edib ki, Seçki Məcəlləsinin tələbinə görə parlamentdəki çoxluğun, bitərəflərin və azlığın namizədləri irəli sürülməli və Milli Məclisin iclasında onlar qəbul olunmalıdır.

“MSK-nın tərkibinin müəyyənləşdirilməsinin vaxtı ilə bağlı qərar hakimiyyətdən aslıdır. Yəni konkret olaraq əvvəlcədən vaxt müəyyənləşdirilmir. Bu proses ilk iclasda da ola bilər, növbəti iclaslarda da.

Sadəcə olaraq əvvəldən deyilir ki, MSK üzvlərinin səlahiyyət müddəti 5 ildir və hər dəfə parlament seçkiləri keçiriləndə yeni tərkib formalaşdırılmalıdır.

Tərkibin müəyyənləşdirilməsi bu il də ənənəvi qaydada baş tutacaq, sürpriz bir dəyişikliyin olması gözlənilən deyil”.



Qeyd edək ki, 2015-ci il parlament seçkilərindən sonra formalaşdırılan MSK-nın tərkibi aşağıdakı kimidir:



Məzahir Pənahov – sədr

Rövzət Qasımov – sədrin müavini

Arifə Muxtarova - katib

Mikayıl Rəhimov - katib

Fuad Cavadov - üzv

Şaitdin Əliyev - üzv

Ramiz İbrahimov - üzv

Validə Kazımova - üzv

Hüseyn Paşayev - üzv

İlham Məmmədov - üzv

Nizami Nadirxanlı - üzv

Qabil Orucov - üzv

Bəxşeyiş Əsgərov - üzv

Tofiq Həsənov - üzv

Almas Qəhrəmanlı - üzv

Etibar Quliyev - üzv

İlkin Şahbazov - üzv



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
609 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...