Vilayət Eyvazov rəisə yeni vəzifə verdi

Vilayət Eyvazov rəisə yeni vəzifə verdi

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr təyinatı ilə bağlı yeni əmr imzalayıb.

“Gundeminfo”nun verdiyi xəbərə görə, nazirin əmri ilə Gəncə ŞBPİ Cinayət Axtarış idarəsinin rəisi, polis polkovnik-leytenantı Aslanov Çingiz Rauf oğlu vəzifəsindən azad edilərək Gəncə ŞBPİ-nin Əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

O, daha əvvəl isə Sumqayıt Şəhər Polis idarəsinin Cinayət Axtarışı şöbəsinin rəis müavini olub.

Qeyd edək ki, Gəncə ŞBPİ-nin bundan öncəki rəis müavini Müqabil Abdıyev nazirin əmri ilə Göygöl rayon polis şöbəsinə rəis təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
561 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...