Koronavirusdan 18 ay ərzində 65 milyon insan ölə bilər - Qorxunc proqnoz

Koronavirusdan 18 ay ərzində 65 milyon insan ölə bilər -

Çində tüğyan edən “koronavirus” epidemiyasına yönəlik sui-qəsd nəzəriyyələrinin sayı çoxalıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ-ın Con Hopkins adına universitetinin apardığı araşdırma və sınaq təlimləri bəzi konspriologiya həvəskarlarını müxtəlif fərziyyələr yürütməyə sövq edib.

Qeyd olunur ki, universitet “2019-nCoV” virusunun yayılmasının onlayn rejmdə xəritəsini hər gün və saat internetdə dərc edir. Xəritə “Wuhan Coronavirus (2019-nCoV) Global Cases” adlanır.

Xəritənin incələnməsi olduqca məşum mənzərini ortaya çıxarıb. Belə ki, bu ilin yanvar ayının 28-də materik Çində 4474 xəstənin, 107 ölümün olduğu müəyyən edilmişdisə, cəmi 2 gün sonra xəstələnənlərin sayı 7678-ə, vəfat edənlərin isə 170-ə çatdığı məlum olub. Belə çıxır ki, bu müddət ərzində virusun yoluxma halı 1,7 dəfə artıb.

Merilend ştatının Baltimor şşəhərində yerləşən bu universitetin hələ ötən ilin oktyabrın 18-də, Nyu-Yorkda keçirdiyi təlim sınaqları isə ayrıca söz-söhbətə səbəb olub. Test sınaqlarının təşkilatçısı rolunda Bill və Melinda Geytslərin rəhbərlik etdiyi fond və Dünya iqtisadiyyatı forumu çıxış ediblər. Sınaqlar “Event 201” adlandırılıb.

Ssenariyə görə, Braziliyanın donuz fermalarından birində başlayan epidemiya əvvəlcə yarasalar vasitəsilə donuzlara, daha sonra insanlara keçir. Patogen və xəstəliklər atipik pnevmoniya, yəni SARS virusunu əsasında formalaşır. Braziliyanın kasıb, lakin əhalinin sıx yaşadığı bölgələrindən Cənubi Amerikanın meqapolisinə keçən kimi epidemiya partlayışı baş verir.

Bununla bağlı vaksinləşmə 1 ildən tez olaraq aparıla bilmir. Nəticədə 18 ay ərzində 65 milyon insan virusdan ölür. Pandemiya yalnız insanların virusu bədənlərində yenmə qabliyyətini əldə edənə qədər davam edir. Planetin 80-90%-i yoluxduqdan sonra vaksin tapılır.

Bəziləri Bill Geytsin vaxtilə Yer kürəsi əhalisinin azaldılması ilə bağlı sözlərini xatırlayaraq “Event201” təlimlərində başqa şübhəli məqamlar axtarırlar.

İş o yerə gəlib çatıb ki, Con Hopkins adına universitetin Təhlükəsizlik üzrə mərkəzi “Event201” sınaqları və Çində baş verən epidemiya arasında heç bir bağlantı olmadığı barədə bəyanat verməyə məcbur olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
583 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...