Elan saytlarında alver: “korona-maska”lar varmış - Foto

Elan saytlarında alver:
Koronavirus epidemiyası yayıldığı gündən tibbi maskalar defisitə çevrilib. Hazırda apteklərdə tibbi maska tapmaq mümkün olmasa da, onlayn satış saytlarında hər növdə və hər qiymətə tibbi maska təklif edilir.

Axar.az xəbər verir ki, əsas elanlar “tap.az” elan saytında yerləşdirilib.

Apteklərdə dünənə qədər 10 qəpiyə aldığımız adi tibbi maskalar saytda 60-75 qəpiyədir.

Kömürlü “Venitex FFP 2” maskalar isə 3 manatdır. Elan saytında FFP 2 təmizləmə xüsusiyyətinə malik tibbi maskalar 2 manat 70 qəpiyə təklif edilir.

Almaniya istehsalı olan qoruyucu maskalar 2 manatadır.

Ən yüksək qiymətə təklif edilən tibbi maskalar isə sırf adından da göründüyü kimi, reklam mahiyyəti daşıya “koronovirus əleyhinə” olduğu iddia edilənlərdir. İşbazların zəif yerdən yapışaraq reklam etdikləri bu maskaların 15 gün müddətinə istifadəsinin mümkünlüyü bildirilir. Bu maskanın qiyməti isə 4,5 manatadır.

Qeyd edək ki, heç bir maska bir neçə saatdan artıq istifadə edilə bilməz və bu elanlardakı iddialar reklamdan başqa bir şey deyil.


Elan saytlarında alver:
Elan saytlarında alver:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
592 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...