"Bir çox ölkələr Belarusa həsəd aparır, gedin, öyrənin!” - Lukaşenko

"Bir çox ölkələr Belarusa həsəd aparır, gedin, öyrənin!” -

Belarus lideri Aleksandr Lukaşenko koronavirusla mübarizə çərçivəsində sərt karantin tədbirlərinin görülməməsinə görə respublikaya ən yüksək səviyyədə qibtə edildiyini bəyan etdi.

KONKRET.az xəbər verir ki, o, bu sözləri mayın 29-da Minsk Traktor Zavoduna səfəri zamanı deyib.

“Dünyada bu yolu atan yeganə ölkəyik. Düzdür, virus ordan-burdan baş qaldırır. Gördünüz ki, paradı istədiyimiz səviyyədə keçirmədik, insanlar Radunitsa qəbiristanlığa getdilər. Bizə paxıllıq ən yüksək səviyyədədir”. Lukaşenko müəssisənin işçilərinə belə deyib.

Ayrıca işçiləri yoluxma riski ilə əlaqədar narahat olmamağa çağırdı.

“Kimsə xəstələnəcək, müalicə edəcəyik, narahat olmayın. Virusdan yavaşca sürüşüb çıxacağıq. İnşallah, bütün dünyaya deyə bilərik: “Gedin, öyrənin!”, dedi Lukaşenko.

İsveç də iqtisadiyyatı qorumaq üçün karantindən imtina etdi. Buna baxmayaraq, qlobal pandemiya dövründə iqtisadi göstəricilər aşağı düşməyə başladı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...