“Minsk Qrupunun bir üzvü yanımızda oldu” - Xəzər İbrahim (VİDEO)

“Minsk Qrupunun bir üzvü yanımızda oldu” -

Dövlətimizin Türkiyədəki səfiri Xəzər İbrahim Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr, yeddi hərbçimizin şəhid olması və erməni tərəfinə layiqli cavab verilməsi ilə bağlı Türkiyənin “HaberGlobal” telekanalına müsahibə verib.

Unikal.org-un xəbərinə əsasən, Azərbaycan səfiri bildirib ki, Ermənistanda nə zaman gərginlik müşahidə olunursa, onlar bu cür addımlara əl atırlar.

“Bu dəfə bir az fərqlidir. Hər kəs bilir ki, 30 ildir Azərbaycan torpaqları qanunsuz işğal altında saxlanılır və əksər hallarda həmin ərazilərdən təxribatlar törədirlər. Bu, Ermənistanın daxili siyasəti ilə bağlıdır. Bəlkə də, bu yolla bölgədəki başqa qüvvələrin də dəstəyini istəmiş ola bilərlər.

Əlbəttə ki, Ermənistanın bu təxribatları cavabsız qalmır. Azərbaycanın doqquz bölgəsinin kəndlərindəki mülki əhaliyə qarşı Ermənistan tərəfindən atəş açılır. Prezidentimizin də söylədiyi kimi, şəhidlərimizin qanı yerdə qalmadı, intiqamları alındı.

Biz haqlıyıq, haqqın yolundayıq, beynəlxalq hüquq bizim tərəfimizdədir.

Bizim o bölgədə lazımi qədər silahlı qüvvəmiz var. Oradan Ermənistana cavab vermək qüdrətindəyik. Amma bizim cavabımızın bir məqsədi də vəziyyətin pisləşməməsidir. Biz cavab verəcəyik ki, vəziyyət bundan sonra pisə doğru getməsin.”, - deyə, səfir bildirib.

Xəzər İbrahim həmçinin yaşananlara ATƏT-in Minsk Qrupunun münasibətindən də danışıb:

“ATƏT-in Minsk Qrupu var. Rusiya, ABŞ və Fransadan ibarətdir. Vəzifələri Azərbaycan torpaqlarını qorumaqdır. Bundan əlavə, BMT TŞ-nın daimi üzvləridir. Gözləntimiz ilk olaraq bu mövzu ilə bağlı öhdəlikləri olan ölkələrdir. Ancaq təəssüf ki, Minsk Qrupunun sadəcə bir üzvünün yanımızda olduğunu gördük. O da qardaş Türkiyədir. Türkiyə təkcə Azərbaycanın yanında olmadı, Türkiyə haqqın yanındadır, ancaq bəzi dövlətlər bunu yalnız qardaşlıq olaraq görür. Bizim çağırışımız Minsk Qrupunun digər üzvlərinədir.

Bu dövlətlər “sən işğalçısan” deyərək, təzyiq göstərməli, hüquqa uyğun şəkildə zəruri addımları atmalıdırlar”.

Azərbaycanın Türkiyədəki səfiri köməklə bağlı istər azərbaycanlı, istərsə də türkiyəlilərdən səfirliyə müraciətlər daxil olduğunu da bildirib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
131 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...