Ermənistanın könüllülərdən tələbi: “Azərbaycan dilində bilməlisən” - FOTO

Ermənistanın könüllülərdən tələbi:

Erməni Vahid Məlumat Mərkəzi könüllülərin seçimi barədə məlumat yayıb.

Bunun üçün bir sıra tələblər irəli sürülüb.

Maraqlı burasındadır ki, könüllü işləmək istəyənlərdən Azərbaycan dilini bilmək də tələb olunur. Belə ki, könüllər rus, ingilis və Azərbaycan dillərini (ən pis halda, heç olmasa bunlardan biri - S.M.) yazılı şəkildə bilməlidir.
Ermənistanın könüllülərdən tələbi:

Həmçinin, azərbaycanca sərbəst şəkildə bilən mütəxəssislərə ehtiyac olduğu bildirilib. Erməni könüllərdən xarici KİV-ləri izləmək, “Facebook”, “Instagram”, “Telegram”, “VKontakte” və “Odnoklassniki” kimi sosial şəbəkələrdə işləmək bacarığı da tələb olunur. Könüllülər hər gün saat 12:00-dan 18:00-dək iş başında olmalıdırlar.

Əslində, ermənilərin azərbaycanca bilən könüllülərə ehtiyac duymasının səbəbi bəllidir. Onlar bununla da azərbaycanca sosial şəbəkələrdə dezinformasiya, saxta xəbərlər tirajlamağa çalışırlar.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
68 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...