Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gundeminfo.az-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində, sərnişin 1960-cı il təvəllüdlü Quliyeva Bacıxanım Həmdullah qızı xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
798 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...