65-dən çox yaşı olan müəllimlər işə dəvət olunacaq - NAZİRLİK

65-dən çox yaşı olan müəllimlər işə dəvət olunacaq -

Təhsil Nazirliyi xüsumi karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan müəllimlərin tədrisə cəlb olunub-olunmayacağına aydınlıq gətirib. Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yaşı 65-dən yuxarı olan təhsilverənlərin daimi işə cəlb olunması nəzərdə tutulur.

Qeyd edək ki, Nazirlər Kabinetinin 21 sentyabr 2021-ci il tarixli qərarı ilə “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı olan təhsilverənlərin işində yaranan fasilələrin onların iş vaxtına daxil edilməsi və əməkhaqqının saxlanılması ilə bağlı bənd (4.2.3.) ləğv edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
942 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...