Bakıda daha bir məktəb distant tədrisə keçdi

Bakıda daha bir məktəb distant tədrisə keçdi

Paytaxtdakı 299 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Oxu.Az-ın məlumatına görə, qeyd olunan məktəbdə COVID-19 infeksiyasına yoluxma faktı təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 299 nömrəli tam orta məktəbdə əyani tədris 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Qeyd edək ki, bu gün Bakıda 124 nömrəli tam orta məktəbdə də əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
297 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...