Prezidentin yüksək vəzifəyə təyin etdiyi Fərhad Adıgözəlov kimdir? – Nazirin köməkçisi olub – DOSYE

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Fərhad Adıgözəlov kimdir? –

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Fərhad Əsgər oğlu Adıgözəlovun Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Yeniavaz.com xəbər verir ki, Prezidentin sədr təyin etdiyi F.Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyyə və kredit istiqaməti üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb və 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib.

Əmək fəaliyyətinə 2000-ci ildə Dövlət Sığorta Şirkətində başlayıb, 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə “Kapital Bank” ASC-də departament direktoru, 2013-2014-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1235 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...