Manat tam üzən məzənnəyə keçəcək? - Mərkəzi Bankdan AÇIQLAMA

 Manat tam üzən məzənnəyə keçəcək? -

“Hazırda ölkədə tətbiq olunan məzənnə rejimi iqtisadiyyatın strukturu, o cümlədən qeyri-neft ixracının diversifikasiyası və idxaldan asılılıq səviyyəsi, maliyyə bazarlarının dərinliyi, pul kütləsi üzərində makroiqtisadi siyasətlərin nəzarət imkanlarından asılı olaraq formalaşıb”.

Bu barədə Oxu.Az-ın sorğusuna əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankından (AMB) məlumat verilib.

Yaxın bir il ərzində ölkədə tam üzən məzənnəyə keçidin nə dərəcədə aktual olduğu, eləcə də hazırda bu dəyişikliyə ehtiyac olub-olmadığı ilə bağlı məsələyə Mərkəzi Bank tərəfindən aydınlıq gətirilərkən bildirilib ki, bu rejim hazırda makroiqtisadi sabitliyin, xüsusilə də qiymət sabitliyinin dəstəkləməsi baxımından optimal hesab edilir.

“Mərkəzi Bank hökumətlə birlikdə “Azərbaycan 2030: Milli Prioritetlər” çərçivəsində orta müddətli dövrə sosial-iqtisadi strategiya üzərində işləyir. Yaxın vaxtlarda bu strategiyanın təsdiqlənəcəyi gözlənilir. Strategiyada pul siyasəti rejiminin təkmilləşdirilməsi məsələləri də öz əksini tapıb. Belə ki, inflyasiya hədəflənməsi rejiminə mərhələli keçidin baza şərtlərinin formalaşdırılması niyyəti bir daha ortaya qoyulub. Məlum olduğu kimi inflyasiya hədəflənməsi rejiminə keçid üzrə baza şərtlərə dövlət qiymətli kağızları bazarının genişləndirilməsi və aktiv pul bazarının formalaşdırılması, nağd-kölgə iqtisadiyyatının məhdudlaşdırılması, şaxələndirilmiş valyuta bazarının formalaşdırılması və s aiddir. Zəruri şərtlərin formalaşdırılması uzunmüddətli perspektivdə yeni rejimə keçməyə imkan verə bilər”, - deyə əlavə edilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
344 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...