Uşaqlarda qanazlığı hansı yaş aralığında müşahidə edilir? - AÇIQLAMA

Uşaqlarda qanazlığı hansı yaş aralığında müşahidə edilir? -

“Uşaqlarda qanazlığı ilə bağlı ciddi kəskin proses müşahidə edilmirsə və dərin anemiya dövrünün pik həddində deyilsə, onlara bütün növ peyvəndlər vurula bilər”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.

Həkim bildirib ki, peyvəndlə zəif qanazlığı arasında əlaqə yoxdur, hətta ürək qüsurları olan uşaqlar belə peyvənd olunur.

E.Rəhimov onu da əlavə edib ki, xəstəliyin kəskin fazasında peyvənd vurulması tövsiyə edilmir.

“Xüsusilə vaxtından əvvəl doğulan, çəkisi az olan uşaqlarda anemiya müşahidə edilir. Buna səbəb uşaqlarda dəmir çatışmazlığının olmasıdır. Bu problem bəzən həmin körpələrin xəstəxanada həkim nəzarətində saxlanıldığı müddətcə onlardan tez-tez qan alındığı üçün də yarana bilir. Hər şey qaydasında olan yenidoğulan körpələrdə isə fizioloji anemiya dediyimiz məqam müşahidə edilir. Bu, uşaqlarda iki aylığından başlayaraq altı ayına qədər davam edə bilir”, - deyə həkim qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
626 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...