Ramiz Mehdiyevə etiraz edən Kərim Şükürov İSTEFA ƏRİZƏSİNİ yazdı? - “İşə gəlmir”

Ramiz Mehdiyevə etiraz edən Kərim Şükürov İSTEFA ƏRİZƏSİNİ yazdı? -

Xəbər verildiyi kimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov bu gün istefa ərizəsi yazacağını açıqlamışdı. Tarixçi akademiyanın prezidenti Ramiz Mehdiyevin ştat cədvəli üzrə 250-dən çox elmi və texniki personalı olan Tarix İnstitutu, o cümlədən onun haqqında ziddiyyyətli fikirlərə etiraz olaraq bu addımı atacağını bildirmişdi.

Məsələ ilə bağlı telefonu bağlı olduğu üçün Kərim Şükürovla əlaqə yaratmaq mümkün olmayıb.

AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutundan isə Bizim.Media-ya Kərim Şükürovun işə gəlmədiyi bildirilib.

Qeyd edək ki, Kərim Şükürov istefa ilə bağlı açıqlamasında Ramiz Mehdiyevin fəaliyyəti barədə də bəzi fikirlər səsləndirib.

O, instituta rəhbərlik etdiyi bir ildən az müddət ərzində AMEA rəhbərinin bir dəfə də olsun Tarix institutu haqqında müzakirə aparmadığını, elmi fəaliyyətdən kənar işlərlə məşğul olduğunu deyib:

“AMEA –nın prezidenti milli akademiyaların rəhbərləri üçün səciyyəvi olan intellektual səviyyəli dialoq ilə deyil, məişət səviyyəli intriqalar ilə məşğul olur və onu akademiyanın gündəliyinə çevirir. Mən isə bütün fəaliyyətimi müasir çağırışlara cavab verə bilən modern Tarix İnstitutu yaratmağa həsr etmişəm.

21 yanvarda bir tərəfdən AMEA prezidentinin Tarix İnstitutu və onun rəhbəri kimi mənim haqqımdakı qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğum vəzifədən, o cümlədən Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərimdən istefa haqqında ərizəmi təqdim edəcəyəm", - deyə Kərim Şükürov qeyd etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
655 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...