TIR-lar aylardır Azərbaycan-Gürcüstan sərhədində qalır - AÇIQLAMA

TIR-lar aylardır Azərbaycan-Gürcüstan sərhədində qalır -
Gürcüstan-Azərbaycan gömrük keçid məntəqəsində yük avtomobillərinin uzun növbəsi yaranıb.

Bildirilib ki, təkcə Azərbaycan tərəfində 600-dən çox TIR Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Sınıq körpü” sərhəd-keçid məntəqəsində gözləyir. TIR sürücüləri aylardır ki, bu cür sıxlığın olduğunu qeyd ediblər.

Bəs sıxlığın səbəbi nədir?

Dövlət Gömrük Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sıxlıqların yaranmasına səbəb ölkəmizdən tranzit keçən yük nəqliyyat vasitələrinin sayının son aylarda kəskin surətdə artmasıdır:

“Hazırda Gürcüstanla sərhəddə yerləşən iki gömrük-keçid məntəqəsi vasitəsilə gün ərzində 1000-ə qədər nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Bu da ölkə ərazisinə tranzit gömrük proseduru altında daxil olan yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosedurlarını asan və sürətli şəkildə həyata keçirməyə imkan verir.

Lakin Azərbaycandan keçən yük nəqliyyat vasitələri daha sonra Gürcüstan və Türkiyə Respublikası üzərindən müəyyən olunan marşrutla hərəkət edirlər və bu ölkələr artan nəqliyyat axının qəbulunda müəyyən çətinliklərlə üzləşirlər.

Belə ki, hazırda Gürcüstan-Türkiyə sərhədindəki gömrük-keçid məntəqələrinin qarşısında Türkiyəyə daxil olmaq istəyən avtomobillərin sıxlığı yaranıb. Üstəlik xeyli sayda yük nəqliyyat vasitəsi Türkiyəyə keçmək üçün Gürcüstan ərazisindəki TIR parklarında növbə gözləyir”.

“Buna görə də Gürcüstan Azərbaycandan daxil olan nəqliyyat vasitələrinin sayında müəyyən məhdudiyyətlər tətbiq edir. Hazırda hər iki ölkənin müvafiq qurumları ilə danışıqlar aparılır və yaxın günlərdə problem həllini tapacaq”, - deyə qeyd edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2217 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...