Məktəblini döydüyü deyilən müavin işdən kənarlaşdırıldı?

Məktəblini döydüyü deyilən müavin işdən kənarlaşdırıldı?

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Lənkəranda məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi iddiası ilə bağlı açıqlama yayıb.

Baş Prokurorluqdan bildirilib ki, bəzi sosial şəbəkə və media səhifələrində Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı məlumatlar yayılıb.

"Bildiririk ki, qeyd edilən faktla bağlı dərhal Lənkəran rayon prokurorluğunda araşdırma başlanıb, hadisənin şahidi olmuş şəxslərin izahatları alınıb, məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər prosessual hərəkətlər yerinə yetirilib. Qanunvericiliklə nəzərdə tutulmuş qısa müddət ərzində zəruri qərarların qəbul edilməsi və ictimaiyyətin məlumatlandırılması təmin ediləcək", - açıqlamada deyilir.

Cebhe.info-ya daxil olan məlumata görə, araşdırma prosesi çərçivəsində Rəsilə Əliyeva müvəqqəti olaraq işindən kənarlaşdırılıb. Lənkəran rayon İcra Hakimiyyəti başçısının köməkçisi Elnur Hüseynov Cebhe.info-ya açıqlamasında bunu təkzib edib. O bildirib ki, hazırda sədr müavini işinin başındadır:

"Rəsilə xanım işindən niyə kənarlaşdırılsın? Düzdür, araşdırma aparılır. Amma araşdırma Rəsilə xanım barəsində aparılmır, iş barəsində aparılır. Hazırda Rəsilə xanım işinin başındadır, işini icra edir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
502 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...