Universitet tələbələrdən oxumadıqları ilin ödənişini tələb edir? - VİDEO

  Universitet tələbələrdən oxumadıqları ilin ödənişini tələb edir? -
Qərbi Kaspi Universitetinin tələbələri təhsil müəssisələrini dəyişmək üçün universitetdən lazım olan akademik arayışı ala bilmədiklərini iddia edirlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Xəzər Xəbər”in reportajında bildirilib.
Qeyd olunub ki, tələbələrlə yanaşı valideynlər də 3 gündür ki, universitetin korpusları arasında qalıblar.
“Biz universitetin tyutoru Nərgiz xanıma zəng etdik. Tələbələrin hamısının nömrəsini bloka atdı və bizə dedi ki, sizi şikayət edəcəm, mənim məzuniyyətimi pozursunuz. Universitetdən dedilər ki, transfer edildiyiniz halda 3-4-cü illərin pulu verilməlidir. Hətta dedilər ki, universitetdən imtina etsəniz belə, 2 ilin pulunu ödəyib, sonra çıxmalısınız”, - narazı tələbələrdən biri deyib.
Daha ətraflı:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2276 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...