KİV: Messi "Barselona"nın prezidenti ilə barışıb, kluba qayıtmağa hazırdır

KİV: Messi "Barselona"nın prezidenti ilə barışıb, kluba qayıtmağa hazırdır

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi ilə İspaniya "Barselona"sının prezidenti Joan Laporta arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə jurnalist Joan Fontes sosial şəbəkə hesabında bildirib.

Kataloniya təmsilçisinin rəhbəri 36 yaşlı hücumçudan müqaviləsi ilə bağlı yaranmış vəziyyətə görə üzr istəyib. Argentinalı forvard üzrxahlıqdan məmnun olub və Laportaya "Barselona"ya qayıtmaq arzusunda olduğunu söyləyib.

Messi "Barselona"nın irəli addım atmasını və ona müqavilə təklif etməsini gözləyir. Baş məşqçi Xavi də ulduz futbolçunu komandada görmək niyyətindədir.

Qeyd edək ki, Messinin Paris təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. O, 2004-2021-ci illərdə İspaniya klubunun formasını geyinib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
291 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...