“Music Gallery” şəbəkəsi satıldı

“Music Gallery” şəbəkəsi satıldı

Azərbaycanda elektronnika və məişət texnikası bazarının yenidən bölünməsi prosesi davam edir.
Fed.az-in məlumatına görə, bazarda daha bir iri birləşmə baş verib.

Belə ki, “Music Gallery” şəbəkəsi ölkənin iri biznes-maliyyə qruplarından olan “AGA Group”a satılıb.

Əməliyyat 2022-ci ilin dekabrında yekunlaşıb və hazırda “Music Gallery” sözügedən şirkətə məxsusdur.
Qeyd edək ki, “Music Gallery” 1993-cü ildə yaradılıb və Azərbaycanda ilk məişət və elektronika texnikası üzrə mağazalar şəbəkəsi sayılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
230 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...