Sos sakini: Heç kim doğma yurda qayıtmağa tərəddüd etməsin

Sos kəndinə qayıdan sakin keçmiş məcburi köçkünləri doğma yurda qayıtmağa tərəddüd etməməyə çağırıb.

Bunu "Report"un Xocavəndə ezam edilmiş əməkdaşına açıqlamasında rayonun Sos kəndinə qayıdan sakin Famlet Gülməmmədov deyib.

O, uzun müddət tərk etdikləri kəndə qayıtmaq ümidini heç vaxt itirmədiklərini vurğulayıb:

"Artıq ailəmlə birgə ata-baba yurdumuzda qayıtdım. Bütün keçmiş məcburi köçkünlərə tezliklə öz doğma torpaqlarına qayıtmağı arzulayıram. Hamı bilsin ki, buralarda yaşayış üçün hər bir şərait yaradılıb. Heç kəs qayıtmağa tərəddüd etməsin".

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Sos kəndində olub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
46 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...