Azərbaycanda dizel yanacağı istehsalı 5% artıb

Bu ilin I yarısında Azərbaycanda neft məhsullarının istehsalısahəsində istehsalın ümumi dəyəri 1 535,6 mln. manat olub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu isə əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 1,5% azdır.
Hesabat dövründə 607,2 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 1,2% az olub. İyulun 1-nə 62,7 min ton avtomobil benzini ehtiyatı qalıb.
İlin I yarısında ölkədə 151,8 min ton neft-kimya sənayesində istifadə üçüb benzin, 1,067 mln. ton dizel yanacağı, 57,8 min ton yanacaq mazutu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 30,3%, dizel yanacağı istehsalı 5,1%, yanacaq mazutu istehsalı 73,6% artıb.
Yanvar-iyun ayları ərzində 300,3 min ton ağ neft, 9,6 min ton sürtkü yağları, 98 min ton neft bitumu, 446,9 min ton neft koksu istehsal edilib.
Ağ neft istehsalında 1,2%, sürtkü yağlarının istehsalında 64,2%, neft bitumunun istehsalında 29,4%, neft koksunun istehsalında 8,9% azalma qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
307 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...