Azərbaycan Mərkəzi Bankı sterilizasiya alətlərini müddət baxımından diversifikasiya edib

Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasəti əməliyyatlarının səmərəliliyini artırmaq üçün daim alət potensialının inkişafı üzrə iş aparır.
“Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu istiqamətdə sterilizasiya alətlərini müddət üzrə diversifikasiya etməklə gəlirlilik əyrisinin qısamüddətli dövrünü əhatə edən hissəsində faizlərin formalaşmasına şərait yaradılması, bütövlükdə qiymətli kağızlar bazarının inkişafını və bu əsasda banklararası pul bazarının aktivləşməsini dəstəkləmək məqsədilə mərhələli şəkildə 84 günlük, 168 günlük və 252 günlük notların yerləşdirilməsi nəzərdə tutulur.
Yeni müddətli notlar “faiz dəhlizi” prinsipi tətbiq edilmədən yerləşdiriləcək. Yəni yeni müddətli notlarla bağlı keçiriləcək hərraclarda təqdim olunacaq sifarişlər AMB-nin faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi diapozonu ilə məhdudlaşmayacaq və faizlər hərrac iştirakçılarının bazar faizləri ilə bağlı gözləntisini əks etdirəcək.
Notların yerləşdirilməsi üzrə hərracların keçirilməsində yeniliklərdən biri də hesablaşma rejimindəki dəyişikliklərdir. Belə ki, notlarla bağlanmış əqdlər üzrə hesablaşmaların daha rahat icra edilməsi üçün sentyabrın 18-də keçirilmiş 28 günlük not hərracından etibarən AMB-nin bütün müddətlərdə yerləşdirdiyi notları ilə bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçirilir.
Qeyd edək ki, bu gün “Bakı Fond Birjası” QSc-də 84 günlük ilk not hərracı keçirilib. Hərracda 30 milyon manatlıq təklifə qarşı tələb 147,59 milyon manat təşkil edib. Hərracda təqdim olunmuş sifarişlərin gəlirliliyi 6,0%-9,5% intervalında olub. Kəsmə qiymət üzrə gəlirlilik 6,04%, orta ölçülmüş gəlirlilik isə 6,03% təşkil edib.
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
73 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...