"Fitch": Gələn il ABŞ, Çin və Avrozonada iqtisadi artım yavaşlayacaq - PROQNOZ

"Fitch": Gələn il ABŞ, Çin və Avrozonada iqtisadi artım yavaşlayacaq - PROQNOZ

Gələn il ABŞ, Çin və Avrozonada ÜDM-in artım templəri yavaşlayacaq.

Bu barədə "APA-Economics" "Fitch Ratings" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.

Agentliyin verdiyi proqnozlara əsasən, ABŞ-da 2019-cu ildə ÜDM-in 2,3% artması gözlənilsə də, 2020-ci ildə artım templəri 1,7%-dək yavaşlayacaq. 2020-ci ildə Avrozonada ÜDM-in artımı bu il üçün proqnozlaşdırılan 1,2%-dən 1,1%-ə düşəcəyi gözlənilir.

Bundan əlavə, bu tendensiya Çindən də yan keçməyəcək. Belə ki, agentlik bu ölkədə ÜDM-in artımının 6,1%-dən 5,7%-dək enəcəyini proqnozlaşdırır.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
120 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...