Azərbaycan beş ayda 426 ton qarpız idxal edib

Azərbaycan bu ilin ilk beş ayı ərzində 279,83 min ABŞ dolları dəyərində 440,35 ton qarpız idxal edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, ölkəyə ən çox qarpız İrandan idxal olunub. Hesabat dövründə bu ölkədən Azərbaycana 267,38 min dollar dəyərində 426,07 ton qarpız idxal olunub.

Digər idxalçılar - Braziliya və Kosta-Rikanın ölkənin qarpız idxalındakı payı cüzi olub. Belə ki, Braziliyadan Azərbaycana 9,69 min dollar dəyərində 11,03 ton, Kosta-Rikadan isə 2,77 min dollar dəyərində 3,25 ton qarpız idxal olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
486 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...