Azərbaycanın Kubada səfirliyi fəaliyyətə başlayır

Prezident İlham Əliyev Azərbaycanın Kubada (Havana şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

“Report”un məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabinetinə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
288 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...