Birjalarda mis bahalaşır

Birjalarda mis bahalaşır

Misin qiyməti Çinin iqtisadi məlumatları fonunda bahalaşır.

“Report” xəbər verir ki, bu gün səhər saatlarında “Comex” birjasında misin mart fyuçerslərinin dəyəri 0,57% artaraq bir funt (təxminən 0,45 kiloqram) üçün 3,6208 dollara çatıb.

Xatırladaq ki, cümə günü London Metal Birjasında (LME) üç ay sonra tədarük ediləcək misin bir tonunun dəyəri 1,24% azalaraq 7 949 ABŞ dollarına, alüminiumunku 0,72% azalaraq 1 991 ABŞ dollarına, sinkinki isə 2,1% azalaraq 2 699 ABŞ dollarına düşmüşdü.

Bazar ertəsi investorlar dünyanın ən böyük mis istehlakçısı olan Çinin makroiqtisadi statistikalarına diqqət yetiriblər. 2020-ci ilin dördüncü rübündə Çinin ÜDM-i illik nisbətdə 6,5% artıb və bu, 6,1%-lik artım gözləyən analitiklərin proqnozlarını da üstələyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
262 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...