Vətəndaşlar Leobank kartları ilə necə aldadılır?

Vətəndaşlar Leobank kartları ilə necə aldadılır?
Bankların vətəndaşlara qarşı növbəti fırıldağı ortaya çıxıb.

Vətəndaşlara ilkin olaraq faizsiz, 60 günlük kredit təklif edən Unibankla bağlı şikayətlər artmaqdadır. Vətəndaşlar iddia edirlər ki, onlara verilən LeoBank kartlarındakı kredit müddəti ilə bağlı hesablanan cərimələr kifayət qədər yüksəkdir.

GUNDEMİNFO.AZ xəbər verir ki, "Facebook"da şikayətini yazan Fuad Hafiz adlı vətəndaş iddia edir ki, əslində ona qarşı bank yalan məlumat verib.

"LeoBank kartının böyük bir nöqsanıdan yazmaq isteyirəm, bilməyən insanlar bu təhlükəyə düşməsin. Deməli bu bankda guya "Güzəşt Müddəti" deyilen funksiya var, 60 gün ərzində vəsaitdən istifadəyə görə faiz tutul... Siz kartdan istifadə edirsiz və 1,2,3 ay sonra da olsa, əgər istifadə olunan məbləğin 10 manatını belə qaytarmasanız (məndə təsadüfən son gün yaddan çıxdı) bu bank sizdən 1 ayin yox, 2 ayin yox, karti istifade etdiyiniz bütün aylar üçün faiz tutur! Yəni ki, bu güzəşt müddəti deyilen funksiya tam bir yalandan verilən sözdür. Bir gün məbləği qaytarmaq və ya bağlamağı unutduğunuz halda bütün istifadə etdiyiniz aylara görə faiz hesablanaraq sizdən tutulacaq" deyə vətəndaş yazır.

GUNDEMİNFO.AZ olaraq əlavə edək ki, son zamanlar ölkədə Leobank kartlarından istifadə ilə bağlı bir sıra problemlərin ortaya çıxdığı haqqında şikayətlər artır. İlk olaraq pulsuz təqdim edilən Leobank pölastik kartlarından istifadə edənlərin nağdsız ödənişləri bank tərəfindən nəzarətə götürülür. Sonra istehlak dövriyyəsi, ƏDV ödənişləri hesabatları bank tərəfindən nəzarətə götürülür. Vətəndaşın alıcılıq və istehlak imkanları yüksəkdirsə, ona ilkin olaraq 500 manatdan başlayaraq kredit təklif edilir. Ardından isə reklamlarda bildirilir ki, 60 gün müddəyində istifadə edilən vəsaiti geri qaytarsanız, sizdən hansısa cərimə və ya faiz tutulmayacaq. Lakin vətəndaşın şikayətindən də görünür ki, əslində kartı aldığı müddətdən 1 il və ya 12 ay da keçsə, yalnız 11-ci ayda kredit üzrə ödənişində 10 manatlıq və ya 1 günlük geri qaytarma gecikməsi olarsa ona 12 aylıq faiz cərimə hesablanacaq.

İddialarla bağlı Unibankın da mövqeyini dinləməyə hazlrlq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
654 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...