Naxçıvanda baş həkimin pulyığan xadiməsi - İDDİA

Naxçıvanda baş həkimin pulyığan xadiməsi -
Zəbur doxturun strukrur islahatı. Naxçıvan MR xəstəxanasının Baş həkimi Zəbur Bağırov da struktur islahatlarına başlayıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə jurnalist həmkarımız Heydər Oğuz məlumat verib. Bildirib ki, Zəbur doxturun bir pulyığanı var: "Xadimə kimi işə götürüb laboratoriya şöbəsində Tapdıq həkimin yanında otururtmuşdu. Dünyanın ən bəxtəvər xadiməsi idi. Əli süpürgə görməz, işi xəstələrdən pul yığmaq idi. Naxçıvanda başlayan yoxlamaların ən böyük zərəri həmin xadiməyə dəydi. Zəbur doxtur qorxusundan indi həmin pulyığanının əlinə süpürgə verib xəstəxananı süpürtdürür".
Bəs həmin xadimənin adı nədir?

Nə illah elədim, Qara Pişik onun adını çəkmədi. Dedi, "xadimə xanımdır, mən isə centlemen pişiyəm. Xanımların adını çəkib onları narahat etmərəm.

GUNDEMİNFO.AZ qeyd edir ki, Zəbur Bağırov həm də Naxçıvan Ali Məclisinin 6-cı çağırışının deputatıdır.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
723 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...