Naxçıvanın yeni rəhbərinin DOSYESİ

Naxçıvanın yeni rəhbərinin

Naxçıvan Ali Məclisinin bu gün keçirilən qapalı iclasında sədr Vasif Talıbovun istefa verməsindən sonra onun səlahiyyətləri Ali Məclis sədrinin birinci müavininə həvalə olunub.

GUNDEMİNFO.AZ xəbər verir ki, sədrin birinci müavini Azər Yadulla oğlu Zeynalovdur.

Azər Zeynalovun dosyesini təqdim edirik:

1970-ci ildə Şərur rayonunun Şərur şəhərində anadan olub. 1977-1987-ci illərdə Şərur şəhəri 1№-li orta məktəbində təhsil alıb.

1987-1992-ci illərdə Lipetsk Politexnik İnstitutunda təhsil alaraq Sənaye nəqliyyatı ixtisası üzrə mühəndis peşəsinə yiyələnib.

1992-1993-cü illərdə ordu sıralarında xidmət edib.

1993-cü ildə Şərur rayon Xalq Deputatları Məclisinin İcraiyyə Komitəsinin Təsərrüfat hesablı sahibkarlığa yardım kommersiya şöbəsində mütəxəssis vəzifəsində fəaliyyət göstərib. 1994-cü ildə Şərur rayon İcra Hakimiyyəti aparatının humanitar məsələlər üzrə şöbəsində məsləhətçi, 1995-ci ildə həmin şöbədə baş məsləhətçi vəzifəsində çalışıb.

2000-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş üzrə şöbəsində baş referent, 2001-ci ildən isə iqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

2003-2005-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolu Naxçıvan Hissəsinin rəisi vəzifəsində işləyib. 2005-2010-cu illərdə III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclis Sədrinin I müavini vəzifəsində çalışıb. Yenidən IV çağış Naxçıvan Muxtar Respublikası All Məclisinin deputatı seçilib, Ali Məclisin birinci sessiyasında All Məclis Sədrinin müavini və "İqtisadi siyasət komitəsinin sədri və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib. Ali Məclisin birinci sessiyasında All Məclis Sədrinin müavini və iqtisadi siyasət komitəsinin sədri vəzifələrinə seçilib.

2010-cu ildə Azərbaycan Respublikasının "Vətənə xidmətə görə 3-cü dərəcǝli orden”i ilə təltif olunub.Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, Naxçıvan MR-in Konstitusiyasının 30-cu maddəsinə əsasən, Ali Məclis sədri öz səlahiyyətlərini daimi icra edə bilmədikdə, yəni sədr istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə onun səlahiyyətlərinin icrası sədrin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir (sfera.az)


Naxçıvanın yeni rəhbərinin



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
428 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...