İlqar Abbasovla bağlı ilginc iddialar

İlqar Abbasovla bağlı ilginc iddialar
Ilqar Abbasov Qaraçuxurda, Günəşlidə, Bülbülədə, Əmircanda, Hövsanda, Zığda 1000 hektarlarla torpağı hasara alaraq bu gün də satır…

İlqar Abbasov bacanağının oğlu, Suraxanıda müavini olan şəxs, Etibarı Yolçiyevi Şirvana özünə köməkçi aparıb….

İlqar Abbasov Şirvanda zibildən də pul qazanır…

Rəhmətlik Mirzə Cəlil deyirdi: “Haman göl, haman qurbağa”. Nə qədər yazırıq, nə qədər deyirik ki, icra başçısı Prezidentin 100-150-300 minlik rayonda, şəhərdə TƏMSİLÇİSİ-dir. Bu adamların tərcümeyi-halları açıq-aşkar yazılmalıdır.

Dəfələrlə, bir media olaraq müraciət etmişik ki, rayonların, şəhərlərin rəsmi saytlarını həvəskar blogerlərin səhifəsinə çevirməyin. Amma…

Əmması odur ki, bu gün Şirvan boyda şəhərin http://www.shirvan-ih.gov.az/az rəsmi saytına daxil olaraq icra başçısı İlqar Abbasovun ömür yoluna nəzər salmaq istədik. Amma həmişə olduğu kimi rəsmi saytda bircə cümlə var: Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Abbasov İlqar Namaz oğlu Şirvan şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Bu adam neçənci ildə anadan olub, harada oxuyub, əsgərlikdə olubmu, hansı dövlət qurumunda çalışıb…

Bu barədə bircə cümlə də yoxdur. Başqa mənbələrdən axtarış edərkən bəlli oldu ki: İlqar Namaz oğlu Abbasov 1958-ci il fevral ayının 12-də anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə sənaye və mülki tikinti ixtisası üzrə bitirmişdir. Müxtəlif tikinti idarələrində çalışmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2004–2005-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, 2005–2019-cu illərdə isə Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Şirvan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Fikir verdinizmi, bu adam bircə gün də dövlət qurumunda çalışmadan, 2004-cü ildə paytaxt Bakının Nərimanov rayonuna icra başçısı təyin olunub.

Fikir verdinizmi, hansısa ucqar rayona deyil ee…paytaxt Bakıya… Fikir verdinizmi, bu adam 46 illik ömründə dövlət idarəsi görməyib… Fikir verdinizmi, bu adam yazır ki, 25 il ( 2004- 1979 = 25 ) müxtəlif ( ? ) müxtəlif tikinti qurumlarında çalışıb. Necə yəni müxtəlif tikinti-filan..bunun adı-zadı yoxdur..? Bəs Coca Cola-ya şərik olmağını niyə yazmır İlqar Abbasov..?

Nə isə, 2004-cü ildə Nərimanov rayonuna icra başçısı təyin olunan İlqar Abbasov Bakının ən bahalı torpaqlarını satmağa başladı.. Və bir ildən sonra, 2005-ci ildə Suraxanıya icra başçısı təyin olundu. Düz, 14 il ( 2019-2005 ) Suraxanının icra başçısı olan İlqar Abbasov Suraxanını qarış-qarış satdı.

Bu adam hazırda Suraxanı ərazisindəki obyektlərini icarəyə verərək milyonlar qazanır.

Bu adam demək olar ki, Qaraçuxurda, Günəşlidə, Bülbülədə, Əmircanda, Hövsanda, Zığda, Yeni Suraxanıda min hektarlarla torpağı hasara alaraq bu gün də satır.

İlqar Abbasov tikinti üçün verilən sərəncamları 3000 mana satıb. Araşdırmalarımız göstərir ki, ötən illər ərzində İlqar Abbasov Suraxanı rayonunun abadlaşması, yerli camaatın problemlərinin həll olunması istiqamətində heç bir iş görməyib. Daha dəqiq desək, buna cəhd belə göstərməyib. Əvəzində şəxsi maliyyə imkanlarını genişləndirib, obyektlərinin sayını artırıb.

Məsələn, rayonun Yeni Günəşli qəsəbəsindəki ticarət obyektlərinin bir çoxu başçıya məxsusdur. Təkcə onu qeyd edək ki, icra başçısı Suraxanıda hər ay küçə ticarətindən 50 min qazanıb. Bunu vurun aylara, illərə və görün ki, İlqar Abbasov təkcə küçə ticarətindən neçə milyonlar qazanıb. İlqar Abbasov 3 ildən çoxdur ki, Suraxanıdakı əməllərini Şirvanda davam etdirir. Bu hələ harasıdır..?

İlqar Abbasov Şirvanda iməclik adı altında ali təhsili həkimlərə, anası yaşında qadınlara yol kənarındakı zibilləri təmizlətdirib, loru dildə desək “ot yoldurub”. Hələ tədbirdən göndərilən şəkillərə baxanda adam məəttəl qalır. İlqar Abbasov ot yolan xanımlara elə baxır ki, adam bu baxışdan iyrənir… Görəsən, bu adam öz doğmalarına ot yoldura bilərdimi..?

Yaxşı, ali təhsilli xanımlar küçə təmizləyirsə, bəs “Kommunxoz”un işçilərinin maaş kartları İlqar Abbasovun cibində nə gəzir..? İlqar Abbasov Suraxanıda işləyərkən müavin olan bacanağı Etibar Yolçiyevi Şirvana, özünə köməkçi aparıb. Elə bil ki, rayonlar bunlara dədə-babalarından qalıb.

İlqar Abbasov hətta zibildən də pul qazanmağı bacarır. Belə ki, bu yaxınlarda Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan şəhərində məişət tullantılarının yığılması məqsədilə konteynerlərin satın alınması ilə bağlı tender keçirib və xeyli qazanıb.

Bir məsələnidə qeyd edək, görəsən İlqar Abbasovla Adil Vəliyevi hansı tellər bağlayır?…

Mənbə: Gundelik-Baku.com



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
315 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...