Məhkəmə qərarı xeyrinə olsa da, evini başına uçurdular - VİDEO
İki həftə əvvəl Nəsimi rayonu Həsən Əliyev küçəsində vətəndaş Natiq Həsənova məxsus fərdi yaşayış evinin qanunsuz olaraq sökülməsi barədə məlumat vermişdik. Ev sahibi bildirmişdi ki, məhkəmə qərarı və ekspertiza rəyi olmasına baxmayaraq, Nəsimi Rayon Məhkəməsinin icraçıları onları zorla evdən çıxarıblar.
Natiq Həsənov bu gün “Qafqazinfo”ya bildirib ki, məsələ ictimailəşdikdən sonra icraçılar işlərini dayandırıblar. Bundan sonra isə öz hesabına yenidən evini təmir edib.
Vətəndaşın sözlərinə görə, polis əməkdaşlarının köməkliyi nəticəsində təmir işlərinə maneə yaradılmayıb. Bu gün isə icra məmurlarının hərəkətlərinə görə, Ədliyyə Nazirliyində qəbulda olub: “Nazirlik katibliyinin yeni rəisi Əbülfət Həsənovun qəbulunda oldum. Başımıza gətirilənlər barədə geniş məlumat verdim. Bu işin arxasında məmur dayandığını da dedim. Rəis dedi ki, heç bir məmur qanunsuz olaraq kiminsə evini sökə bilməz. Söz verdi ki, məsələni araşdıracaq, nəticəsindən asılı olaraq problemimizin həllinə çalışacaq”.
Şikayətçi iddia edir ki, hansısa məmur rüşvət qaşılığında onun evini sökdürür. Bu səbəbdən hələ də onlara qarşı təzyiqlər davam edir.
Natiq Həsənov xüsusilə Baş Prokurorluğun məsələni nəzarəti götürməsini istəyir.
Şikayətçi qarşı tərəfin də məhkəməyə müraciət etdiyini qeyd edib. Ümid edir ki, məhkəmə onun hüquqlarını tanıyacaq və qanunun tələbinə uyğun qərar qəbul edəcək.
267 dəfə oxundu