"Akademik AQTA sədrinin çıxışını ifşa etdi..." - Ekspert

"Akademik AQTA sədrinin çıxışını ifşa etdi..." -
“Tək-tək alimlər qızardılmış qidaların zərərini araşdırıb açıqlayır. Bu cür tədqiqatlar gedirsə də, gizli gedir. Çünki təəssüf ki, kapitalizm cəmiyyətinin mahiyyətində insan sağlamlığı, onun uzunömürlü olmağı yox, pul dayanır. Ona görə də insanın sağlam və uzunömürlü olması təkcə özünə və ailəsinə lazımdır”.

Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Ekspert zərərli qidalarla bağlı Milli Məclisdə də dinləmələr keçirildiyini bildirib:
“İstənilən qızardılımış qida zərərlidir. Çox yaxşı haldır ki, 15 gün bundan öncə Milli Məclisdə keçirilən dinləmədə mən də iştirak edirdim. Akademik Əhliman Əmiraslanov bu məsələləri olduğu kimi dilinə gətirdi və qeyd etdi ki, hisə verilmiş balıqlar, ətlər, qızardılmış yeməklər insan sağlamlığına zərərlidir, xərçəng və ürək damar xəstəliklərinin yaranmasına səbəb olur. Ə.Əmiraslanov bunları ona görə dedi ki, Qoşqar Təhməzli bir saat yarım müddətində hər şeyin yaxşı olduğu barədə çıxış etdi. Ə.Əmiraslanov isə dedi ki, heç də hər şey elə deyil. O, bir elm adamı, akademik, həkim kimi çox doğru fikirlər söylədi. Mən onu alqışlayıram. Əlbəttə, Azad İstehlakçılar Birliyinin də bu sahədəki fəaliyyətini önə çəkdi və mən çox məmnun oldum ki, ölkədə bizim işimizi dilinə gətirən ziyalılar var”.
Qeyd edək ki, Kanzas universitetinin alimləri qrilin insan orqanizmində xərçəng yaratdığını aşkar ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
306 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...