Əmlak Komitəsində Eldəniz Qafarov kabusu
Əmlak Məsələləri Dövlət Xidmətində qanunsuz yollarla nəhəng biznes imperiyası quran məmurlardan biri də Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini Eldəniz Qafarovdur. Müdir müavini ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırma nəticəsində məlum olub ki, Eldəniz Qafarov tutduğu vəzifə etibarı ilə o qədər də diqqət çəkməsə də, kifayət qədər ciddi və iddialı oyunçudur. Paytaxt ərazisində biznes üçün ən uğurlu nöqtələrin zəbti Eldəniz Qafarovun adı ilə bağlıdır.
Gediş-gəlişin çox olduğu ərazilərdə boş torpaq sahələrini, hətta səki, park və zibilxanaları belə zəbt edən müdir müavini, qısa zamanda bu ərazilərdə ictimai iaşə obyektləri və mağazalar inşa edərək öz biznes imperiyasını durmadan genişləndirir. Tutduğu vəzifə və yüksək ranqlı məmurlarla qurduğu dostluq münasibəti ona zəbt etdiyi əraziləri qısa zamanda sənədləşdirməyə, əməlinə qanuni don geyindirməyə imkan verir.
Gundeminfo.az xəbər verir ki, Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, xidmət rəisinin sabiq müavini Elçin Yusubovun “sağ əli” kimi tanınan, onun tərəfindən bilavasitə himayə olunan Eldəniz Qafarovun ən mühüm gəlir mənbələrindən birini isə icarəyə verilmiş torpaqların təftişi təşkil edir. Daşıdığı vəzifədən istifadə edərək mütəmadi şəkildə icraəyə verilmiş torpaqların təftişini həyata keçirən müdir müavini, təftiş prosesində icarə müqaviləsinin hər hansı bəndənin pozulduğunu iddia edərək müqaviləyə xitam verəcəyini bildirir. Sahibkarları bu sözlə qorxuya salan Xidmət məmuru, uzun çək-çevirdən sonra güzəştə getməyə razı olur. Təbii ki, bu razılaşma hər səfərində Eldəniz Qafarovun sərvətinin bir qədər də artması ilə nəticələnir.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Əmlak Xidmətində nazirlikdən daxil olmuş məlumat əsasında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlər nəticəsində Dövlət Xidmətinin Torpaqların Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsində işləyən İldırım Məmmədov və həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibov, eyni zamanda qurumun bir çox rayonlardakı şöbə müdirləri həbs edildi. Həbs olunan şəxslərə qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Bununla bağlı cumhuriyyet.az bildirir ki, aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində yalnız Dövlət Xidmətinin Torpaqların, Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsində işləyən İldırım Məmmədovun və sektorun baş məsləhətçisi Əsəd Nəsibovun həbs olunması bəzi qaranlıq müəmmalara yol açır. Çünki Dövlət Əmlak Xidmətində korrupsiyaya bulaşanlar və saxtakarlıq edənlər sektor müdiri İldırım Məmmədovla, həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibovla bitə bilməz.
Deyə bilərik ki, qurumun sektor müdiri və yerli şöbələrin rəhbərləri tərəfindən həyata keçirilən saxta işlərdən Dövlət Xidmətində işləyən bəzi yüksək vəzifəli şəxslərin xəbərsiz olması heçdə inandırıcı deyil. Məsələn, sektor müdiri İldırım Məmmədovun müxtəlif şəxslərlə əlbir olaraq, həyata keçirdiyi saxtakarlıqlardan Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini icra edən Eldəniz Qafarovun xəbərsiz olmasına heç kəs inanmaz. Ona görə ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair müsbət rəyin verilməsinə cavabdeh qurumlardan birincisi məhz Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsidir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair müsbət rəylərin verilməsi ilə bağlı aparılan istintaq dərinləşərsə şöbə müdiri vəzivəsini icra edən Eldəniz Qafarov da məsulliyətə cəlb oluna bilər. Saxtakarlığa görə həbs edilən İldırım Məmmədovun Torpaqların, Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsinə təyinat almasında əsas rolu məhz Eldəniz Qafarov oynayıb və elə qurumdakı korrupsiya şəbəkəsinin başında duran şəxslərdən biri də odur.
Qeyd edək ki, Eldəniz Qafarovun adı bundan əvvəl də saxta işlərdə hallanıb. Nümunə kimi Göyçay rayonu Ulaşlı-Şıxlı kənd sakini İsmayılova Kəmalə Ağsəf qızının mediada yayılmış müraciətini göstərmək olar. Həmin müraciətdə vətəndaş Göyçayın icra başçısından şikayətlənir. Bildirir ki, icra başçısı onların istifadəsində olan bələdiyyəyə aid torpaq sahəsini ələ keçirmək istəyir. Eldəniz Qafarov isə bu işdə ona faktiki olaraq yardımçı olub. Belə ki, şöbə müdiri vətəndaşın ona ünvanladığı məktuba cavabında həmin torpaq sahəsinin bələdiyyəyə aid olmadığını iddia edib: “Hətta iş o yerdədir ki, mənim ünvanıma Əmlak Məsələləri Dövlət Xidməti Yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Eldəniz Qafarov tərəfindən göndərilən cavab məktubunda yalandan qeyd edilib ki, həmin mübahisəli torpaq sahəsi bələddiyəyə aid deyil, şəxsi mülkiyyətdir”, deyə vətəndaşın müraciətində qeyd edilir.
Beləliklə, aydın olur ki, Eldəniz Qafarov bələdiyyə mülkiyyətində olan torpaq sahəsini şəxsi mülkiyyət kimi təqdim etməklə, saxtakarlığa yol verib və həmin ərazinin ələ keçirilməsinə dəstək olub. Eldəniz Qafarovla şərikli biznesi olan, Xidmətin rəis müavini Elçin Mustafa oğlu Yusubovun Tarqovıda və Mərkəzi Univermaqda qızıl mağazaları var. Onu da qeyd edək ki, Elçin Yusubov İldırım Məmmədov həbs olunmayanadək hətta öz rəisi Mətin müllimi də saymırmış. Amma İldırımın həbsindən sonra Elçin Yusubov Mətin müəllimə yaxınlaşmaq üçün yollar axtarır. Eldəniz Qafarov haqqında onu deyə bilərik ki, o əslən Şəmkirin Zəhim kəndindəndir. Şəmkirdən olan sakinlərin sözlərinə əsasən cumhuriyyet.az bildirir ki, Eldəniz Qafarov nə qədər torpaq sahəsinin məmurlara satılmasına imza atıb. Və kiməsə 1 saxta sənəd vermək üçün az qala 1 “meşok” rüşvət alır. Eldəniz Qafarov rüşvətlə qazandığı milyonların hesabına oliqarxa çevrilib.
600 dəfə oxundu