BDU-da maliyyə pozuntuları aşkarlandı - RƏSMİ
Bu ilin İş planına əsasən Hesablama Palatasının Bakı Dövlət Universitetində (Universitet) həyata keçirdiyi nəzarət tədbiri səmərəlilik (performans) auditi ilə birgə keçirilən uyğunluq auditi növündə aparılıb.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Palatadan bildirilib.
Audit 2022-2023-cü illərdə Universitet tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin hüquqi aktların tələblərinə uyğunluğunun, eləcə də elm və təhsil sahəsində funksional fəaliyyətinin qiymətləndirilməsi məqsədi daşıyıb. Auditin əhatə etdiyi illərdə Universitetə dövlət büdcəsindən, ödənişli təhsildən və digər mənbələrdən vəsait daxil olub. Audit əhatə dövrünün əvvəlinə mövcud olmuş və əsasən tədris ili ərzində dövlət sifarişi ilə təhsil haqqının, eləcə də təqaüdlərin ödənilməsi məqsədi daşımış 38,5 mln. manat qalıq məbləği, mədaxil olunmuş 163,2 mln. manat və məxaric olunmuş 173,5 mln. manat məbləği əhatə edib, dövrün sonunda 28,2 mln. manat qalıq məbləği formalaşıb.
Universitetin xərcləri əsasən sosial xarakterli olub. Bu xərclərin ödənilməsi zamanı bir neçə halda nöqsanlara yol verilib, bu, gəlir vergisinin düzgün hesablanaraq tutulmaması, habelə mükafatların məbləğinin, eləcə də istifadə edilməmiş məzuniyyət günlərinə görə artıq hesablanması hallarını əhatə edib və 13,3 min manat təşkil edib.
Universitetin hesablanmış gəlirlərinin icrasına təsir edən əsas amil təhsil haqqı, eləcə də kredit haqlarının tam reallaşdırılmaması olub, bu istiqamətlərdə formalaşmış debitor borclar xarici tələbələrlə yanaşı yerli tələbələri, həmçinin doktorantları əhatə edib. Qeyd edək ki, ödənişli təhsil üzrə gəlirlərin əsas hissəsi bakalavr səviyyəsində təhsil alanlar hesabına formalaşmış, yerli və xarici tələbələrlə ödənişli təhsil xidmətinin göstərilməsinə dair bağlanmış müqavilələrin şərtlərinin tam yerinə yetirilməməsi səbəbindən ümumilikdə 2522,8 min manat təhsil haqq üzrə debitor borc yaranmış, bu məbləğ 2024-cü ilin əvvəlinə olan debitor borcun 23,2%-ni təşkil edib. Eləcə də, elmlər doktorluğu və fəlsəfə doktorluğu proqramı üzrə qəbul olunmuş dissertantların arasında Universitetin əməkdaşı olmayan dissertantların da düzgün olmayaraq, Universitetin hesabına təhsil alması nəticəsində cəmi 62 dissertanta görə 76,8 min manat, ləğv edilmiş elm müəssisəsində təhsil alan dissertantların Elm və Təhsil Nazirliyinin (Nazirlik) məktubuna əsasən Universitet hesabına təhsil alması səbəbindən ümumilikdə 100,5 min manat təhsil haqqının alınması təmin edilməyib.
Universitetdə təhsil alanların tədris illərinin müvafiq semestrlərində aralıq və cari qiymətləndirilmənin nəticələrinə görə yaranmış kredit haqları üzrə debitor borcları 01 yanvar 2022-ci ilin əvvəlinə nisbətən 01 yanvar 2024-cü il tarixinə 13,7% artaraq 1939,0 min manat təşkil edib.
Təhsil haqqının və təqaüdlərin maliyyələşdirilməsi istiqamətində ayrılmış dövlət vəsaitlərinin icrası prosesində yol verilmiş nöqsanlar nəticəsində formalaşmış məbləğ bu istiqamətdə cəmi xərclərin tərkibində əhəmiyyətli təsirə malik olmayıb, dövlət sifarişi əsasında maliyyələşdirilməsi müvəqqəti olaraq dayandırılan tələbələr üzrə təhsil xərcinə görə cəmi 27 halda 15,2 min manat, auditlə əhatə edilən dövrdə xaric olunmuş dövlət sifarişli tələbələrin yerinə ödənişli əsaslarla təhsilalan tələbələr yerləşdirilmədiyi halda 133 tələbə üzrə 188,8 min manat vəsait büdcəyə qaytarılmayıb.
Universitetdə tələbələrə hesablanmış təqaüd məbləği üzrə Nazirliyin 272,1 min manat kreditor borc qalığı mövcud olub, təqaüd məbləğinin və əlavələrin düzgün müəyyənləşdirilməməsi səbəbindən 1,0 min manat, müxtəlif səbəblərdən xaric edilən dövlət sifarişli tələbələrə görə azalmış təqaüd yerlərinin nəzərə alınmaması nəticəsində artıq müəyyən edilmiş təqaüd yerlərinə görə ümumilikdə 40 halda 9,5 min manat vəsait artıq ödənilib.
Dövlət ehtiyaclarının təmin edilməsi istiqamətində satınalma planlarının tərtibi ilə bağlı tələb olunan müddətlərə əsasən riayət edilsə də, planlaşdırılmanın əsaslı həyata keçirilməməsi nəticəsində nəzərdə tutulmuş və həyata keçirilmiş satınalmaların sayı fərqli olmuş, müsabiqəli satınalmaların məbləğ ifadəsində payının yüksək olması fonunda 2023-cü ildə 2022-ci illə münasibətdə say ifadəsində daha çox müsabiqəsiz (bir mənbədən satınalmanın həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti qurumundan verilmiş razılıq məktubları əsasında) satınalmalara üstünlük verilib. Keçirilmiş satınalmalar (bir mənbədən satınalma) əsasən konfrans və tədbirlərin keçirilməsini, eləcə də internet və proqram təminatı kimi xidmətlərin alınmasını əhatə edib.
Universitet tərəfindən 2023-cü ildə müəllimlərin vəzifə maaşı kimi müəyyən olunmuş məbləğ Dövlət Statistika Komitəsinin 2022-ci il üçün elan etdiyi ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının məbləğinə bərabər olub, bu zaman 2023-cü il üçün dinamika nəzərə alınmayıb.
Əməyin saathesabı ödənişi sistemi də düzgün təşkil edilməmiş, prosesin bütün mərhələlərində nöqsanlara yol verilib. Belə ki, saathesabı qaydada dərs deyən şəxslərlə Universitet arasındakı münasibətlər hər hansı formada tənzimlənməyib, onlarla əmək müqaviləsi bağlanmayıb.
Bir sıra kafedraların professor-müəllim heyətinin tərkibində elmi adı və dərəcəsi olan əməkdaş çalışmamış, ümumi kafedra sayının 81,0%-ində cəmi mühazirə saatlarının 27,6%-i, xüsusilə bakalavr pilləsini əhatə etməklə, saathesabı ödəniş əsasında elmi adı və elmi dərəcəsi olmayan əməkdaşlar tərəfindən tədris edilib.
01 yanvar 2024-cü il tarixinə Universitetin professor-müəllim heyətinin orta yaşının ölkə üzrə kişilərin təqaüd yaşından 8,2 il, qadınların təqaüd yaşından isə 9,7 il az olmasını və ölkədə aparılan pensiya islahatı ilə əlaqədar 01.07.2025-ci il tarixində fərqin hər iki cins üzrə bərabərləşəcəyi, həmçinin bir sıra kafedralarda əksər əməkdaşların təqaüd yaşında olması, professor və dosent heyətinin yaxın illərdə təqaüd yaşına çatacağı diqqətə alındıqda gələcəkdə Universitetin kadr təminatında hal-hazırda müşahidə edilən meyillərin daha da güclənəcəyi ilə bağlı risklər böyükdür.
Universitetdə imtahan nəticələrinin elektronlaşdırılmaması səbəbindən imtahanların nəticələrinin təhlili yalnız 2014-cü ildən etibarən kağız üzərində aparılmış qeydiyyatın sonradan mexaniki üsulla elektron formata keçirilməsi nəticəsində mümkün olub.
Bir sıra fakültələrdə fərqli kurslarda dövlət sifarişi ilə təhsil alanlar arasında müvəffəqiyyət və keyfiyyət göstəriciləri qənaətbəxş olmayıb. Belə ki, 2021/2022-ci tədris ilinin qış və yay imtahan sessiyaları üzrə toplanmış məlumatlara görə 9 fakültə üzrə müvəffəq qiymət alanların xüsusi çəkisi (müvəffəqiyyət göstəricisi) 75,0% və daha az, eləcə də, imtahan nəticələri 71 baldan yüksək olanların (keyfiyyət göstəricisi) xüsusi çəkisi 20,0% və daha az olub. Həmçinin onlar arasında ümumi orta müvəffəqiyyət göstəriciləri (ÜOMG) aşağı olan fakültələr də olmuşdur. Ayrı-ayrı tədris illər və sessiyalar üzrə tələbələrin göstəriciləri aşağı olan fakültələr, demək olar ki, eyni olub.
Universitetin nəzdində 5 yataqxana mövcud olsa da, onlardan yalnız biri 1 nömrəli yataqxana – “Tələbə evi” fəaliyyət göstərir. Qeyd edək ki, digər yataqxana binaları uzun illərdir ki, fəaliyyət göstərmir və qəzalı vəziyyətdədir. Yataqxanalar faktiki olaraq yataqxana fəaliyyəti göstərməsələr də, Universitetin yataqxanalarının idarəolunmasını həyata keçirən Tələbə şəhərciyinin, Tələbə evi istisna olmaqla, 14 əməkdaşı üzrə 2022-ci ildə hesablanıb ödənilmiş əmək haqqı bütün məcburi ödənişlərlə birgə 143791,1 manat, 2023-cü ildə isə 135487,5 manat təşkil etmişdir. Yataqxanalarda yerləşdirilmə qaydaları əlçatan olmamış, həmçinin tələbə yerləşdirilməsi üzrə mövcud potensialdan istifadə edilməyib.
“Tələbə evi” üzrə gəlirlər auditlə əhatə olunan dövrdə 203,8 min manat, onun saxlanması üçün çəkilən xərclər isə 664,3 min manat təşkil edib, faktiki olaraq bu yataqxana üzrə xərclərin yalnız 30,7%-i həcmində gəlir əldə olunmuş, əldə edilən hər 1,0 manata qarşı 3,3 manat xərc çəkilib.
Hesablama Palatasının Kollegiyası auditor hesabatını təsdiq edərək, Bakı Dövlət Universiteti tərəfindən xaric edilmiş təhsilalanlar üzrə 188,8 min manat, akademik məzuniyyət götürmüş və təhsilini dayandırmış təhsilalanlar üzrə 15,2 min manat və əməkdaşların aylıq gəlirindən az hesablanmış gəlir vergisinin dövlət büdcəsinə bərpa edilməsinin, 2 saylı tədris korpusunun əsaslı təmiri ilə bağlı podratçıya artıq ödənilmiş 130,2 min manatın Universitetin 2024-cü il 1 iyun tarixinə podratçıya olan kreditor borcundan azaldılmasının nəzərə alınması, habelə artıq ödənilmiş məzuniyyət və təqaüd xərclərinin, aşkar edilmiş çatışmazlıqların bərpa edilməsi barədə qərar qəbul edilib.
278 dəfə oxundu