Araz Marketdə yenə müştərini aldatdılar - FOTOFAKT

Araz Marketdə yenə müştərini aldatdılar -
"Öncəliklə, hərkəsə salam. Şikayətim Araz Supermarket dəndir. Vitrində 0.75 azn olan Kızılay mineral suyun qiyməti kassada 0.86 azn olaraq vurulub. Bunu kassirə bildirdiyimdə yəqin qiyməti dəyişdirməyi unudublar dedi".

Gundeminfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə "Müştəriyəm şikayətim var" qrupunda vətəndaş paylaşım edib.

Şikayətçi bildirib ki, o aldadıldığını bildirsə də, marketin rəhbərliyi şiakayətinə etinasız yanaşıb.


"Lakin şəkildən də göründüyü kimi endirim 11 sentyabra kimi davam edir və bugün 10 sentyabrdır. Kassir bunu başqa bir xanıma dedi və xanımın reaksiyası “Yəqin səhv baxmısan, bizlik deyil, istəyirsən qaytar da” oldu. Kassada növbə gözləyərkən isə 3 ədəd çörək alan yaşlı bir qadına 2.20 edir deyildi. Qadın ilk öncə 3 manatı vermək istəsə də, çörək 55 qəpik deyil mi, necə 2.20 edə bilər dedi.Bu zaman kassir “hə, yəqin ekranda mal qalıb” dedi. Məgər kassir bunu əvvəlcədən görmürdü mü? Öz yanlışları olduğu halda üzrxahlıq etmək əvəzinə müştərini yola verməyə çalışırlar. (Şəkildə kassirin adını bağlayıram,əlavə problem yaranmasın deyə)"
Araz Marketdə yenə müştərini aldatdılar -
Araz Marketdə yenə müştərini aldatdılar -

Gundeminfo.az olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
181 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...