Sahil Babayevin kontorunda “qumar oyunu” - FOTOLAR
“Nərd çempionatı”nın uduş fondu 300 manatadək müəyyən olunub
Dövlət başçısının 2019-cu il, 4 iyul tarixli, 775 nömrəli Fərmanı ilə əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması qərara alınmışdır. Bu qurumun nizamnamə fondu 1 000 000 (bir milyon) manat təşkil etmiş və işsizlikdən sığorta fondunun vəsaiti hesabına formalaşdırılmışdır.
Nizamnaməsindən görünür ki, əmək bazarı və sosial sahədə milli strateji düşüncə mərkəzi funksiyası yerinə yetirməli olan bu qurum təhsil müəssisələrinin məzunlarının əmək bazarına adaptasiya vəziyyətini mütəmadi olaraq təhlil etməli, iqtisadiyyatın rəqabətədavamlı kadrlarla təmin edilməsi üçün peşə və ixtisaslara dair tələbləri müəyyənləşdirməli və gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində “Beyin Mərkəzi” rolunu oynamalı idi. Lakin əfsuslar olsun ki, Prezidentin fərmanı sadəcə kağız üzərində qalıb…
“Hürriyyət”in redaksiyasına daxil olan məlumata əsasən, qeyd olunan strateji istiqamətlərdə fəaliyyət göstərməli olan bu qurumun rəhbərliyi və əməkdaşları iş vaxtı ərzində nərd oynamaqla məşğul olur. Gənclərin işsizlik problemini həll etməli, onların məşğulluğunun təmin olunması üçün çıxış yolları axtarmalı olan qurum bu istiqamətdə strateji təhlillər aparmaq və ali rəhbərliyə çıxış yolları təklif etmək əvəzinə, daha “strateji” və “daha böyük” işlərlə məşğul olmaqda, nərd taxtadakı daşların konfiqurasiyasını müəyyənləşdirmək üzərində “baş sındırır”.
Redaksiyamıza daxil olan məlumata görə, bekarçılıqdan təşkil edilən belə nərd çempionatında uduş fondu müvafiq olaraq qalibə 300 manat, ikinci yerin sahibinə 200 manat, üçüncü yerin sahibinə isə 100 manat təşkil etmişdir.
Elə buna görə də kifayət qədər yüksək iqtisadi potensialı, resursları, kadr ehtiyatları, məşğulluq yaratmaq qabiliyyəti olan Azərbaycanda ali təhsil müəssisələrinin məzunları ilə iş yerləri Xalq şairimiz Məmməd Arazın təbirincə desək, “yüz il qoşa atılsa da, qoşa düşə bilmir”. Çünki müvafiq sahədə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi istiqamətində rəqabətqabiliyyətli fundamental təhlillər təqdim etməli olan qurum rəqabətqabiliyyətli nərd həvəskarları yetişdirməklə məşğuldur.
Bəzi mənbələr bildirir ki, bu qurumun ilkin yarandığı dövrdə kifayət qədər əhəmiyyətli kadr potensialı mövcud olmuş, lakin bura “paraşüt”lə endirilmiş təsadüfi şəxs olan Elnur Səfərlinin səriştəsiz və səbatsız rəhbərliyi nəticəsində kadr potensialı zaman-zaman aşındırılmış və yüksək ixtisaslı mütəxəssisləri sonuncunun tanışları, dostları və yaxın ətrafından olan işsiz şəxslər əvəz etmişdir. Heç bir elmi dərəcəsi, elmi tədqiqatları və dövlət idarəetmə təcrübəsi olmayan belə bir şəxsin strateji beyin mərkəzinə rəhbərlik etməsi təəccüblüdür.
Məlumat üçün bildiririk ki, Milli Observatoriyanın adı daha öncə mətbuatda müxtəlif xarakterli qalmaqallarla, o cümlədən İdarə Heyətinin üzvü Hasil Abbasovun qurumun sürücüsü, II Qarabağ müharibəsi qazisini istismar etməklə yadda qalmış, qurumla bağlı bir sıra şikayət xarakterli vətəndaş müraciətləri daxil olmuşdur.
Hurriyyet.az
Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
27 dəfə oxundu