Tramp Ukrayna üzrə xüsusi səfir təyin edəcək

Tramp Ukrayna üzrə xüsusi səfir təyin edəcək
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişə ilə bağlı danışıqlar aparmaq üçün xüsusi nümayəndə təyin etmək niyyətindədir.
Bakupost.az xəbər verir ki, bu barədə Fox News-a bir neçə mənbə məlumat verib.
“Çox təcrübəli və hörmətli xüsusi nümayəndə təyin olunacaq, ona sülh sazişinin əldə olunmasını təşviq etmək tapşırılacaq”, - deyə mənbələrdən biri bu təyinatın tezliklə baş tuta biləcəyini bildirib.
Ehtimal olunur ki, bu vəzifəni daşıyan şəxs də 2017-2019-cu illərdə Ukrayna üzrə könüllülük əsasında xüsusi nümayəndə olmuş Kurt Volker kimi ictimai əsaslarla işləyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
340 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...