Bir həftəyə 33 milyonluq tender udan “Prorent” MMC kimindir?

Bundan əlavə “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi “Kran manipulyatorlar”ın satın alınması üzrə keçirdiyi açıq tenderin qalibi də “PRORENT” MMC olub. Bu tenderdə isə tərəflər arasında 1 442 738,8 manat dəyərində müqavilənin bağlanılması gözlənilir.
Göründüyü kimi “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi “PRORENT” MMC-yə bir həftə ərzində ümumi dəyəri 3 093 251 manat dəyərində dövlət sifarişi verib.
Qeyd edək ki, “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi tərəfindən nəzərdə tutulmuş avtodartıcıların satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 2.741.750,00 manat müəyyən edilmişdir. Satınalmalarının portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Regional Su Meliorasiya Xidmətinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “PRORENT” MMC-nin təklif verərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.
Amma göründüyü kimi “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə nəinki 20 faizdən aşağı, hətta 40 faizdən yuxarı qiymət təqdim etmiş “PRORENT” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması ilə bərabər açıq tenderin saxtalaşdırılması deməkdir.
İndi gəlin görək “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin bir həftə ərzində üç milyon manatlıq sifariş verdiyi şirkət haqqında nə kimi məlumatlar var.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PRORENT” (VÖEN: 1303336051) Məhdud Məsuliyyətli Cəmiyyətinin 31.07.2013-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, KAZIM KAZIMZADƏ, ev.86, qanuni təmsilçisi kimi isə TAlıbov Rəşad Nurəddin oğlu qeyd olunub. MMC-yə 2013-2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir
Elektron medianın 1 İyul 2024-cü ildə yaydığı xəbərinə görə, “Prorent” MMC-yə inzibati protokol yazılıb. Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib. İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatında olub.
Xatırlatmaq istərdik ki, son vaxtlar xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edərək milyonlarla manat pul vəsaitlərini Azərbaycana qaytarmayan bəzi sahibkarların məsuliyyətə cəlb edilmələri barədə Baş Prokurorluq bir neçə məlumat yayıb. Sözügedən məlumatlarda xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaqın aparıldığı bildirilirdi.
İndi “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin hansı səlahiyyətlisi zəmanaət verə bilər ki, “Prorent” MMC ona verilən dövlət sifarişini vaxtında, keyfiyyətlə yerinə yetirə biləcək? Bununla yanaşı ehtimal olunan qiymətlə müqayisədə 40 faizdən aşağı qiymət təqdim etmiş “Prorent” MMC-yə inzibati protokol yazılmasına baxmayaraq bir həftə ərzində üç milyon manatdan çox dəyəri olan tenderləri necə uda bilib? Ola bilərmi ki, burada xüsusi şərtlər qoyulub.
Qeyd edək ki, “Regional Su Meliorasiya Xidməti” Dövlət Su Ehtiyatları Agentliyinə tabeli publik hüquqi şəxsi kimi əvvəlki “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin varisidir. Regional Su Meliorasiya Xidmətinin rəisi isə uzun illər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini olmuş Zakir Quliyevdir. O, bu vəzifəyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 26.06.2024-cü ildə təyin edilib.
Aktualinfo.org
47 dəfə oxundu