Nobel komitəsi hələ də Dilanın ardınca sürünür

Nobel komitəsi hələ də Dilanın ardınca sürünür


2016-cı il ədəbiyyat üzrə Nobel mükafatının sahibi amerikalı musiqiçi Bob Dilana Nobel mükafatı gələn ilin martında təqdim edilə bilər.

Axar.az xəbər verir ki, bu barədə İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsinin rəhbəri Lars Heykensten məlumat verib.

Heykensten B.Dilanın gələn ilin martında İsveçdə konsert proqramı ilə çıxış edəcəyini bildirib:

"Biz də cari il dekabrın 10-da Nobel mükafatını Stokholma gələrək ala bilməyəcəyindən bu mükafatı Bob Dilana gələn ilin martında xüsusi mərasimlə təqdim etməyi düşünürük. Konsertdən əvvəl, yaxud sonra Bob Dilan üçün xüsusi tədbir təşkil edə və mükafatı orada təqdim edə bilərik. Nobel Mükafatı Komitəsi olaraq bu mövzuda yekun qərarı verməmişik, ancaq belə bir fikrimiz var. Qarşıdakı günlərdə bununla bağlı qərar qəbul edəcəyik".

L.Heykensten B.Dilanın mərasimdə iştirak etməyəcək ilk Nobel mükafatçısı olmadığını qeyd edib. O, 2014-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatını qazanan Doris Lessing sağlıq durumu ilə bağlı mərasimə gələ bilmədiyini, yazıçı Harold Pinter ilə Elfred Jelinekin də müxtəlif səbəblərdən mükafatlandırma mərasimində iştirak etmədiyini xatırladıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
773 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...