Vətəndaş sürücülük vəsiqəsi üçün "Şəki bazarın"da? ŞİKAYƏT

Vətəndaş sürücülük vəsiqəsi üçün "Şəki bazarın"da?

GUNDEMİNFO.AZ-a müraciət edən Yasamal rayonu Xıdır mustafayev 216A ünvanında yaşayan Vahablı Daşqın Elxan oğlu Dövlət Yol Polsindən şikayətçidir. Şukayətçi gundeminfo.az vasitəsilə dövlət başçısına müraciət edərək qarşılaşdığı ədalətsizliyə görə konkret olaraq polis əməkdaşlarının cəzalandırılmasını istəyir.
GUNDEMİNFO.AZ Daşqın Vahablının sürücülük vəsiqəsi almaq istəyərkən qarşılaşdığı ədalətsizliklə bağlı məktubu olduğu kimi təqdim ediri. Qeyd edək ki, yazılanlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq:


ŞİKAYƏT ƏRİZƏSİ

Salam! Cənab Prezident! Yurdumuzun ən şirindilli bölgəsi olan Şəki şəhərində ədəbsiz bir kobudluqla qarşılaşdım. Belə ki:

22.04.2015 tarixində sürücülük imtahanının ikinci mərhələsi olan sürmə mərhələsində iştirak üçün Şəki rayonuna dostum Rauf İsmayılovla aidiyyatı orqana getdim. Xəzinəyə müvafiq rüsumu ödədikdən sonra məni sürmə imtahanı üçün avtomobilin yanına göndərdilər. Orada məndən başqa 7-8 nəfər də imtahan vermək üçün dayanmışdı. Mən müəllimə -mən də imtahan vermək üçün gəldiyimi bildirdim. O isə -hələ gözlə siyahıda adamlar var- deyə cavab verdi. Mən də təxminən yarım saatdan sonra hər kəsin imtahanı bitdi və müəllim avtomobildən düşərək qapını bağlayarkən, təkrar olaraq müəllimə yaxınlaşdım və məndən imtahan götürmələrini xahiş etdim. O mənim əlimdəki xəzinədən aldığım kağıza baxıb mənə qeydiyyatdan keçməli olduğumu bildirib başqa birinin yanına göndərdi. Göndərdiyi yer qeydiyyat otağı idi və qapısı bağlı idi. Heç kim qapını açmırdı. Bir müddət sonra qapı açıldı və mən qeydiyyatdan keçdim. Və mənə get avtomobilin yanında gözlə, nə vaxt müəllim gələrsə onda səndən imtahan götürər. Halbuki müəllim özü də orda idi. Biz 10-15 dəqiqə gözlədikdən sonra imtahanın dəqiq vaxtını öyrənmək üçün yenidən qeydiyyat otağına dostum İsmayılov Raufla birgə yaxınlaşdıq. Birdən qapı açıldı. Mülkü geyimdə tanımadığımız bir şəxs kobud bir şəkildə dostum Raufdan –Nə lazımdı?!- deyə soruşdu. Biz müəllimi soruşmaq istədikdə səs tonunu yüksəldərək təkrarən –nə lazımdı- deyə soruşdu. Dostum, bir saatdır imtahan vermək üçün gəldiyimizi və heç kim də bizə imtahan hansı saatda və nə vaxt olacağı barədə dəqiq məlumat vermədiyini dedi. Bundan sonra həmin şəxs səsini yüksəldərək və kobud bir şəkildə -imtahanı verən kimdir- deyə soruşdu. Dostum isə məni göstərdi. Elə bu an həmin şəxs əli ilə dostumun sinəsindən itələdi və mənə üzünü tutub səsini yüksəkdərək -nə qədər vaxtdır qeydiyyatdan keçmisən?- deyə soruşdu. Arxadan qeydiyyatdan keçirən yaşlı müəllim cavab vermək istədikdə ədəbsizcəsinə onun da üstünə bağıraraq –sən sus!- deyərək mənə –sən cavab ver!- deyə bağırdı. Mən cavab verdikdə -get aşağıda gözləəəəə!!!!- deyə yenə bağırdı. Mən nə qədər gözləyim deyə soruşdum. Aldığım cavab üzümə qapının çırpılması oldu. Mən bir anlığına bazarda mı, küçədə mi yoxsa dövlət orqanında olduğumu fərq edə bilmədim və həddindən artıq həyəcanlandım. Bu elə bir həyəcan idi ki, bir gün özümə gələ bilmədim. Bundan sonra arxamda dayanan polis əməkdaşından dövlət orqanında belə kobudluq edən, bu şəxsin kim olduğunu soruşduq.

O fısıltılı bir şəkildə -bu rəisdir- deyə söylədi. Adını soruşduqda isə -bilmirəm- cavabını verdi. Başqa əməkdaşlardan da rəisin adını soruşmaq istədikdə heç kim onun adını söyləmək istəmirdi. Nəhayət kənarda oturan bir əməkdaşdan rəisin adını öyrəndik. (Natiq Yaqubov) bundan sonra 102 və 902 xidmətinə zəng vurub, dövlət orqanındakı baş vermiş olan hüquq pozuntusu ilə əlaqədar şikayət etdik. Və 15 dəqiqə sonra imtahanı götürən müəllim deyil, rəisin müavini Vüqar adlı şəxs avtomobilin yanına gələrək məndən imtahan götürdü. Mən avtomobili idarə etməkdə heç bir çətinliyim yox idi, çünkü həm qaydaları bilirdim, həm də sürmə təlimi keçmişdim. Sadəcə məndə rəisin bizə yaşatdığı stressdən dolayı həyəcan var idi. Imtahanda avtomobili normal bir şəkildə qaydalara uyğun irəli və geriyə hərəkət etdirdim. Sonra mənə imtahandan kəsildin deyə avtomobildən düşməyimi bildirildi. Mən kəsilmə səbəbimi soruşduqda –maşını qorxa-qorxa sürürsən(halbuki bu qorxu deyil, rəis Natiq Yaqubovun mənə verdiyi həyəcan idi), həm də bura rahatdır(halbuki hər kəsdən burada imtahan götürülürdü) -səni aparsam spusqada sürə bilərsən?- dedikdə mən -bəli sürə bilərəm- dedim. O – yaxşı bəs şəhərə aparsam sürə bilərsən?- soruşdu. Onun mənə verdiyi bu suallardan məqsəd, hər bir ehtimalda mənim imtahandan kəsilməyimi istədiyi anlaşılırdı. Halbuki məndən əvvəl sürücülük vəsiqəsi alan qohumlarım eyni yerdə imtahan vermişdilər.

Hörmətli Prezident! Sizdən xahişim budur ki:

1) Orqan əməkdaşı rəis Natiq Yaqubovun etik davranış kodeksini pozaraq mənim və dostum İsmayılov Raufun vətəndaş haqq və hüquqlarımızı tapdaladığı üçün barəsində tədbir görülsün və rəsmi olaraq üzr istəsin.

2) Və məndən qərəzli bir şəkildə imtahan götürən və imtahanın hər ikisini normal verdiyim halda məni imtahandan kəsərək, sürücülük vəsiqəmi almağa mane olan rəis müavini polis əməkdaşı Vüqar adlı şəxs barəsində ciddi tədbir görəsiniz.

3) Mənim haqqım olan sürücülük vəsiqəsini onlardan almağımı təmin edəsiniz


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3775 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...