Bakcell-in sahibsiz nömrələrini kimlər satışa çıxarır – İLGİNC ŞİKAYƏT

Bakcell-in sahibsiz nömrələrini kimlər satışa çıxarır –


Redaksiyamıza Bakceel şirkəti ilə bağlı şikayət daxil olub. Şikayətçi illərdir istifadəsində olan mobil nömrəni adına rəsmiləşdirə bilməməsindən narazıdır. Şikayətçi yazır:

Gundeminfo.az saytının redaksiyasına

Bakı şəhər sakini Şəfiyev Nadir Sabir oğlu tərəfindən müraciət.

Hörmətli GUNDEMINFO.AZ saytının redaksiyası, bu məktubu sizə yazmaqda məqsədim özünü Azərbaycanın bir nömrə mobil operatoru adlandıran Bakcell şirkətinin özbaşnalıqlarını nəzərinizə çatdırmaqdır.
Bakcell-in sahibsiz nömrələrini kimlər satışa çıxarır –

2015-ci il 1 avqust tarixində Bakcell şirkətinin şəhərin düz mərkəzində - Fəvvarələr Meydanında yerləşən rəsmi diler mağazasından mobil nömrə almışam. Üstündən düz 2 il keçəndən sonra bu yaxınlarda mənə məlum olub ki, ödənişini edərək aldığım nömrə sistemdə hələ də mənim adıma oturmayıb. Yəni loru dildə desək nömrə yiyəsizdir. Bakcell istədiyi vaxt həmin nömrəni mənə heç bir xəbərdarlıq etmədən satışa çıxara bilər.

Təbii ki, bunu öyrəndikdən sonra dərhal Bakcelin müştəri xidmətlərinə müraciət edib durumun aradan qaldırılmasını tələb etdim. Onlar isə nömrə satışı səlahiyyətlərinin özlərində olmadığını bu hüquqları dilerlərinə verdiklərini bildirdilər və dilerə müraciət etməyimi tövsiyyə etdilər. Əsl həngamə isə elə bundan sonra başladı. Diler mənə 2016-cı ildən əvvəl olan sənədlərin əllərində olmadığını bu mövzuda mənə heç bir kömək edə bilməyəcəklərini dedi. Yəni pulunu verib nömrə alıram, 2 il bu nömrəni istifadə edirəm və bugün mənə məlum olur ki, sən demə nömrə mənim deyil.

Təsəvvür edin, özünü Azərbaycanın bir nömrəli mobil operatoru adlandıran şirkət dilerləri üzərində nəzarət mexanizmi qurmayıb. Diler mobil nömrəni müştərilərə satır, müqavilə bağlayır amma interfeys üzərindən bu nömrəni abunəçinin adına keçirmir. Üstəlik bu şəhərin düz mərkəzində yerləşən böyük dilerdə baş verirsə ucqar rayon yerlərində olan özbaşnalıqlar bundan qat-qat artıqdır.

Bu hadisə barədə Bakcelin müştəri xidmətləri mərkəzində şikayət ərizəsi yazmışam. Amma təəssüflər olsun ki, şirkət ərizəmə hələ də münasibət bildirməyib. Aşağıdakı şəkildə həmin ərizə ilə tanış ola bilərsiniz. Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə hüququmun pozulmağı ilə bağlı müraciət etmişəm.

Əminəm ki, bu vəziyyətdə olan yeganə abunəçi mən deyiləm. Bakcelin özbaşnalığına görə bu durumda minlərlə abunəçi var. Sizdən xahiş edirəm bu hadisəni işıqlandırmaqla digər abunəçiləri də bu barədə məlumatlandırasız.

P.S Onu da əlavə edək ki, Nadir Şəfiyevin etdiyi müraciətin ananolji mətnləri redaksiyamızda kifayət qədərdir. Vətəndaşın qarşılaşdığı bu problem əslində “İstehlakçıların hüquqları” haqqında qanunun tələblərinin kobud şəkildə pozulması deməkdir. Bundan başqa bu tendensiya həm də kriminal faktorların inkişafına da səbəb ola bilir. Burada söhbət həm də cinayətkarların heç kimin adına rəsmiləşməyən nömrələrdən asanlıqla istifadə etməsi və pis niyyətlərini həyata keçirmələri üçün kifayət qədər mühim imkanlar yaradır. Mobil nömrələrin vətəndaşların adlarına rəsmiləşdirilməməsi halı həm də təhlükəsizlik və cinayətkarlıqla mübarizədə problemlərin yaranmasına səbəb ola bilər. Bu mövzu ilə bağlı Bakcell-in də rəsmi mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
756 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...