Talış istiqamətində döyüşlər: düşmən itki verib geri çəkildi

Talış istiqamətində döyüşlər: düşmən itki verib geri çəkildi

Azərbaycan Müdafiə Nazirliyinin bildirdiyinə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu vəziyyəti gərginləşdirmək məqsədilə fəaliyyətini davam etdirir. Belə ki, Ermənistan tərəfi Talış kəndi istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb.Döyüş toqquşmasında qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib. Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur.

MN-nin mətbuat xidməti



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
367 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...