Mərdan Camalov və qardaşları – Şirvanda iztiraba düçar edilmiş sahibkarlıq

Uzun zamandır ki, Camalovlar qardaşları ilə - Şirvanın icra başçısı olan Mərdan Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin məhkəmə prossesi keçirilir. Prosseslə bağlı adətən yerli mediada hərbi sənaye naziri Yavər Camalovun qardaşın adı hallanır. Ortada olan cinayət işinin motivinə görə Əlikram Camalov Samir Nəbiyevə pul verib və bu pul qarşılıqlı anlaşma halında baş verib. Tərəflər birlikdə biznes qurmaq, ticarətlə məşğul olmağı qərara alınıb.
Xatırladaq ki, bu iş üzrə məkəmə istintaqı başa çatmış, dövlət ittihamçısı Samir Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Lakin məhkəmənin hökm elan edəcəyi gözlənilən gün Samir Nəbiyevin vəkili Ceyhun Yusifovun vəsatəti təmin edilərək işə yenidən baxılması ilə bağlı qərar qəbul edildi.
Və artıq prosses yenidən yeni epizod üzrə məhkəməyə göndərildi. Bu məhkəmə prossesinin mətbuatda yayımlanan stenoqramlarından bəlli olur ki, pul borcuna görə bir şərikini qardaşının nazir və icra başçısı olmasından istifadə edərək 9 illik həbsə məhkum etmək güvəncəsi olub ortada....
GUNDEMİNFO.AZ xatırladır ki, hətta məhkəmə prosseslərinin birində Mərdan Camalovun qardaşı “borcunu qaytara bilmirsə, gəlib ailəsi ilə qapımda işləsinlər” deyə ifadəsində bildirib. Əlikram Camalov əslində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq məmur qardaşlarının bizneslə məşğul olmaq qadağasını üstlənib. Yəni Əlikram Camalov təkcə Bakı şəhərində deyil, elə Şirvan şəhərində də böyük imkanlara, təsərrüfat və biznes subyektlərinə sahib ola bilib. Məsələn qardaş Camalov "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.
Gundeminfo.az-a məlumat verən mənbə bildirir ki, bu kəndli-fermer təsərrüffatının Şirvan, Salyan və Sabirbad rayonlarında böyük torpaq, otlaq, əkin və maldarlıq subyektləri var. Bu subyektləri də Camalovlar qardaşları adından idarə edən məhz Əlikram Camalovdur.
Bundan başqa Camalovların Şirvan şəhərində xeyli sahibkarlıq subyektinə sahib olduqları da artıq mediada öz əksini tapıb.
“Bütün Şirvan sakinlərinin gözü qarşısında M.Camalov Heydər Əliyevə adına olan meydanda yerləşən Şahmat məktəbini bölərək Samir adlı oğluna verib. Hazırda obyekt telefon mağazası kimi fəaliyyətdədir. Bundan başqa Heydər Əliyev adına istirahət parkında dəbdəbəli çayxanası, uşaq əyləncə qurğuları, yayda su, dondurma, qarğıdalı köşkləri satan fəaliyyət göstərir. Həmin kompleks obyektdən gələn vəsait bilavasitə Camalovlaraa çatır. Obyekt əvvəllər M.Camalova yaxın adamlarından olan Statistika İdarəsinin rəisi Məharət adlı şəxsin adına rəsimləşmişdi. Qalmaqallı “Muray MMC” şirkəti tərəfindən Şirvanda Heydər Əliyev adına mərkəz tikiləndən sonra M.Camalov əvvəlki yaşayış binasının altında olan Heydər Əliyev adına muzeyi də yaxın qohumlarına bağışladı. Bu yaxınlarda isə Camalovlara məxsus olan “Leyla” şadlıq sarayının ətrafında 90 ədəd şam ağacını hasara alaraq həmin yeri də icra başçısı zəbt olundu. Ötən il Şirvan şəhərinin mərkəzində xəstəxananın giriş qapısında səhiyyənin emblemini ləğv edərək “Apteklər kralı” kimi tanınan Rəhman adlı sahibkara satıldı. Şəhərdə avtomobilin, piyadaların hərəkətinə əngəl törədən həmin tikili Şirvanda böyük narazılığa səbəb olub” – bu barədə Azərbaycan mediasında yazılıb deyə mənbəmiz bildirir.
Bundan başqa Şirvanda daxili sərnişindaşınma üzrə nəqıliyyat şirkətləri, bazar və univermaqlar da Camalovların nəzarətindədir. Şirvandan daxil olan informasiyalara əsasən bu şəhərdə sahibkarların bir obrazı var – o da Camalovlardır. Lakin rəsmi sənədlərdə deyil...
Daha detallı olaraq araşdırmalarımız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
2829 dəfə oxundu